İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldən Bakıya rəsmi mesaj: Lavrov prezident İlham Əliyevin sözlərinə münasibət bildirdi  

1182 17.07.2026 16:24 Dünya A A

Rusiya Federasiyası Azərbaycan Prezidenti İlham Əliyevin iki ölkə arasındakı münasibətlərin cari vəziyyətinə dair verdiyi bəyanatları diqqətdə saxlayıb.

Musavat.com xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirdiyi birgə mətbuat konfransında rəsmi Moskvanın Prezident İlham Əliyevin iyulun 13-də Şuşada keçirilən forumdakı çıxışını qeydə aldığını bildirib.

Lavrov Bakı və Moskva arasında XİN rəhbərləri səviyyəsində olduqca faydalı və etibarlı danışıqların baş tutduğunu əlavə edib. Rusiya XİN rəhbəri tərəflərin ikitərəfli əlaqələri dostluq, mehriban qonşuluq və müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin ruhuna uyğun olaraq uğurla inkişaf etdirdiklərini və ali səviyyədə müntəzəm dialoqun mövcudluğunu təsdiqlədiklərini qeyd edib.

Nazir həmçinin bildirib ki, Azərbaycan Milli Məclisi ilə Rusiya Federal Məclisi arasında parlamentlərarası əməkdaşlıq üzrə komissiyanın növbəti 25-ci iclası 2026-cı ilin dekabrında Moskvada təşkil olunacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR