İnsanlara hürriyət, millətlərə istiqlal!

Lalənin çimərlik geyimində görüntüləri müzakirə yaratdı VİDEO

821 17.07.2026 19:11 Şou-biznes A A

Əməkdar artist Lalə Məmmədova sosial şəbəkədə etdiyi son paylaşımı ilə izləyicilərinin diqqətini üzərinə cəmləyib.

Musavat.com xəbər verir ki, sənətçi instaqram hesabında hovuzda lentə alınan görüntülərini paylaşıb.

Videoda Lalənin üzgüçülük dərslərinə qatıldığı və peşəkar məşqçi nəzarəti altında məşq etdiyi əks olunub.

Müğənni paylaşımında yeni bacarıq öyrənməyə başladığını nümayiş etdirərkən, hovuzdakı rahat və səmimi anlarını da izləyiciləri ilə bölüşüb. Onun çimərlik geyimində çəkilən görüntüləri qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb.

Paylaşım izləyicilər arasında maraq doğurub. Bəzi istifadəçilər sənətçinin sağlam həyat tərzini və idmana marağını yüksək qiymətləndirərək ona uğurlar arzulayıblar. Digərləri isə Lalə Məmmədovanın fit görünüşünü və enerjisini tərifləyən şərhlər yazıblar.

Sənətçinin videosu qısa müddətdə minlərlə baxış toplayaraq sosial şəbəkələrdə geniş müzakirə olunub.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR