İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml: "Donbas məsələsini həll edəcəyi təqdirdə Putin Zelenskini təbrik edəcək"

744 20.05.2019 19:37 Siyasət A A

"Rusiya prezidenti Vladimir Putin Donbasda münaqişənin həlli istiqamətində ilk müvəffəqiyyət əldə edəcəyi və Rusiya-Ukrayna münasibətlərini normallaşdıracağı təqdirdə Ukrayna prezidenti Vladimir Zelenskini təbrik edəcək".

ONA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

"Prezident Putin cənub-şərqi Ukraynadakı daxili münaqişənin həllindəki ilk və Rusiya-Ukrayna münasibətlərinin normallaşmasındakı müvəffəqiyyətinə görə Zelenskini təbrik edəcək ",-deyə D.Peskov bildirib.

Qeyd edək ki, bu gün inauqurasiya mərasimi keçirilən Ukraynanın yeni prezidenti Vladimir Zelenski prezidentliyi dövründə Donbas məsələsini həll etməyə çalışacağını bəyan edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR