İnsanlara hürriyət, millətlərə istiqlal!

Körpəni zibilliyə atmağın ilahi cəzası və cəmiyyətin götürəcəyi ibrət

631 22.07.2023 09:29 Gündəm A A

İlahiyyatçı: “Şəriət baxımından bu, öldürmək və qətlə şərait yaratmaq hesab olunur”

Xəbər verildiyi kimi, iyulun 18-də Sabunçu rayonunda insanlıq əleyhinə cinayət baş verib: 10-15 günlük körpə anası tərəfindən zibil qutusuna atılıb. Körpə Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri tərəfindən tapılıb və polis əməkdaşlarına təhvil verilib. TƏBİB-dən verilən məlumata görə, Sabunçu rayonunda məişət tullantıları qutusunda tapılan yeni doğulan körpənin müalicəsi TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.

Körpənin vəziyyəti kafidir, göbəyi düşmək üzrədir, qidalanması normaldır, sarılığı gedib. Təkrar analizlər götürülüb, nəticələri yoxlanılır", - deyə qurumdan bildirilib.

Diqqətçəkicidir ki, körpəsini zibil qutusuna atan “ana” qanuni nikahda olub. Görünür, ailədə ərlə arvad arasında konfliktin altını məhz dilsiz varlıq çəkməli olub. Halbuki normalda heç bir canlı, o cümlədən heyvanlar, quşlar öz balasından imtina etmir. Əksinə, ayağa duranadək ona qayğı göstərir, yanında olur, balasını qoruyur. Qısası, ana instinkti. Şüurlu məxluq olan insan isə südəmər körpəsini zibil qutusuna atır. Lazımsız əşya kimi. Halbuki onu normal şəkildə uşaq evinə də verə bilərdi.

“Ailə qurarkən psixoloji testin keçirilməsi vacibdir”.

Bunu srağagün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib. “Biz nikahın xitamı ilə bağlı təhlillər apardıq. Kifayət qədər məsələlər ortaya çıxdı. Mütləq şəkildə ailə quracaq şəxslərin psixoloji testdən keçirilməsi vacibdir. Bu, ailə qurarkən veriləcək testlər siyahısına əlavə edilməlidir. Sonradan məişət zorakılığı, uşağın atılması kimi halların baş verməməsi üçün bu addım atılmalıdır”, - deyə B.Muradova bildirib. Bəs təklif qanuniləşdiriləcəkmi?

Məlumdur ki, təzə ailə qurmaq istəyən cütlüklər öncədən yalnız infeksion və genetik xəstəliklərlə bağlı müayinədən keçir. Görünür, bu yetərli deyil. Psixoloji test də lazımdır.

İntim münasibətlərdə psixologiyanın rolu – Psixoloq Ülviyyə Murtuzova -  Turantv.az

Psixoloq: “Psixoloji testlərin aparılması mütləqdir”

Tanınmış psixoloq Ülviyyə Murtuzova mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, psixoloji testlərin aparılması mütləqdir: “İlk olaraq fiziki dəyərləndirmədən başlamaq lazımdır. Bəzi hallarda psixoloji problemlərin yaranmasının səbəbi fiziki narahatlıqların olması ilə bağlıdır. İkincisi, ümumi tibbi müayinə olmalıdır. Daha sonra nevroloji və anatomik beyin müayinəsi olmalıdır. Hər bir hadisə ailədaxili konfliktdən, ətraf insanların təsirindən, sıxıntıdan, çəkdiyi iztirabdan dolayı baş verəcək hadisənin kökündə təbii ki, bir səbəblər yatır. Əgər övladla ana bağlılığından danışırıqsa, burada dünyaya övlad gətirən qadınlar 10-15 gün sonra posnatal depressiya yaşayırlar. Bu, doğumdan sonrakı vəziyyəti özündə əks etdirir. Təbii ki, burada emosional pozuntular baş verir. Əsəbilik həddən artıq çox olur. Özünü idarəetmə kontrolu itir. Tez-tez ağlama baş verir. Bu, qadınlarda doğuşdan sonra başlanacaq depressiyadır. Bu mərhələni adi qaydada keçirənlər də var. İçində ağır vəziyyətdə boğulub qalanlar da. Bu təbii ki, bir müddət sonra müəyyən müalicə üsulları ilə keçib gedir. Amma bunu özündə böyüdən, yaşadan insanlar da var”.

Psixoloq əlavə edib ki, bu vəziyyət üç-dörd formada korreksiya olunmalıdır: “Depressiya, təşviş pozuntusu, paranormal simptomların azaldılması üçün istifadə olunan korreksiya üsulu var ki, bu, farmakorerapiya adlanır. Bu formada münasibətlərin və stressə nəzarətin artmasına yardımçı olur. İkinci psixoloji konsultasiyalardır ki, çox önəmlidir, bu, qısamüddətli terapiyadır. Ani krizislərin dayandırılması üçün tətbiq edilir. Bir neçə hadisənin baş verməsi, özündə pozuntuların olması anidən olan krizisin ortaya çıxmasından yaranır. Üçüncü isə qrup terapiyasıdır. Təbii ki, bu, ailə arasında götürülür. Bu interpersonal davranış bacarıqlarının qazanılmasına kömək edir. Problem yaranan zaman davranışlara kömək edir. Sonuncu isə artıq ağırlaşmış formada qısamüddətli stasionar müalicədir. Bu terapiya bizə nəyi öyrədir. Bu üsul intihar və ətrafa xəsarət yetirməyə qarşıdır. Bu dönəmdə ananın düşdüyü durumda o özünə də xəsarət edə bilər. Amma o, bundan daşınaraq öz doğmasına, yanında olan şəxsə xəsarət yetirir. Bu, əslində ciddi pozuntudur, ciddi xəstəlikdir. Adını çəkdiyim üsullarla bunun qarşısını almaq olar. Əgər bu üsullar da kömək etmirsə, sonuncu stasionar müalicə lazımdır ki, bunlar bərpa olunsun. Ona görə də nikah qurmadan öncə birinci tibbi müayinələrdən öncə psixoloji müayinələrdən keçməlidirlər. Çünki tibbi xəstəliklərin yaranma səbəbi psixoloji xəstəliklərdən başlayır”.    

Gənclərin İmam Hüseyn (ə) yolunu dini radikalizmdən necə ayırmalıdır?-Hacı Samir  Əzizov - YouTube

Bəs görəsən, dinimizə görə, belə günahların cəzası nədir?

İlahiyyatçı Samir Əzizov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini acıladı. O dedi ki, dinimizdə ana bətnində olarkən, nütfə bağlanmadan öncə-sonra, ruh verilmədən öncə və sonra əgər övlad abort edilərsə xüsusi hökmlər, kəffarələr və diyələr (əvəz ödəmələr) nəzərdə tutulur: “Burada məsələ bir az fərqlidir. Bu artıq doğulduqdan sonra körpə zibil qutusuna atılır. Şəriət baxımından bu, öldürmək və qətlə şərait yaratmaq hesab olunur. Şəriətin hakim olduğu dövlətlərdə bu şəriətlə tənzimlənir, qisas tətbiq olunur, lakin biz dünyəvi dövlət olduğumuz üçün hüquq müstəvisində həll olunmalıdır. Məsələnin səbəbi araşdırılmalıdır. Mənəvi tərəfdən din xadimləri ananı tənbeh edib, istiğfar və tövbə etməsini birmənalı şəkildə deməlidir”.

O, əlavə edib ki, olayla bağlı anaya qarşı cinayət işi açılıb.  

 Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR