İnsanlara hürriyət, millətlərə istiqlal!

Komitə sədri: “Ötən 3 ildə əlillik və pensiya təyinatı ilə bağlı 211 min nəfəri də biz o hüquqdan məhrum etmişik”

688 16.11.2021 17:07 Ölkə A A

“Hesablama Palatasının rəyində deyilir ki, Azərbaycanda yaşa görə mövcud 716 min nəfər pensiyaçıdan 163 mini işləməkdə davam edir. Sual vermək artıqdır - hamı bilir ki, pensiya amnistiyasının böyük müsbət təsirləri müqabilində yüz minlərlə adam hələ də sığorta stajını və sığorta kapitalını toplaya bilmir”.

Komitə sədri Zahid Oruc bu fikirləri Milli Məclisdəki büdcə müzakirələri zamanı söylədi. O qeyd etdi ki, hər nazir dəyişdikcə yenilədiyimiz sabit olmayan pensiya qanunvericiliyi, mürəkkəb hesablama sisteminə malik təqaüd siyasətinin nəticəsidir: “Pensiya siyasəti sadə və sabit olmalıdır. Ötən 3 ildə əlillik vəpensiya təyinatı ilə bağlı 211 min nəfəri də biz o hüquqdan məhrum etmişik və indi onlara hansı iqtisadi-sosial alternativ yaratdığımız müharibədə qələbədən sonra hökumətin qarşısında ən böyük vəzifə kimi dayanır”.

Z.Oruc digər bir həssas məsələyə də toxundu: “ Azərbaycana xarici hücumların intensivləşməsi büdcə müzakirələrini apardığımız günlərdə dərin təhlilləri bizdən tələb edir. Azərbaycan məğlub olanda bizimlə işi olanlar az idi. İndi Qalib Azərbaycanın dostları ilə bərabər, rəqibləri də artır. Ona görə də ölkəmizin beynəlxalq mənafelərini qorumağa, lobbi maraqlarımızı qanuni şəkildə müdafiə etməyə rəsmi, açıq, hüquqi mənbələrdən vəsaitinayrılması məqsədəuyğun olar. Xatırladaq ki, ABŞ-ın bir illik lobbi siyasətinə xərclədiyi vəsait 3.49 milyard dollardır. İnanırıq ki, büdcə müzakiələri zamanı səslənən hər bir səmərəli fikrin dövlət mənafeyinə xidmət çərçivəsində uğurlu bir qanun layihəsinə səs verəcəyik!”

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR