Kolumbiya prezidenti Qustavo Petro ilə bağlı bir müddət əvvəl yayılan qalmaqallı video ABŞ-a yönəlik sərt bəyanatları fonunda yenidən gündəmə gəlib.
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə aktiv şəkildə paylaşılan iddialara görə, Petro 2024-cü ildə ailəli olduğu halda həyat yoldaşına xəyanətdə ittiham olunmuşdu.
Məlumata əsasən, Kolumbiya liderinin Panamada transgender model Linda Yepeslə birlikdə görüntüləndiyi, onların əl-ələ gəzərkən lentə alındığı iddia olunur. Sözügedən video qısa müddətdə sosial mediada geniş yayılaraq böyük rezonans doğurmuşdu.
Qalmaqaldan sonra Qustavo Petro açıqlama verərək homoseksual olmadığını bildirmiş, özünü “heteroseksual” adlandırmışdı. Buna baxmayaraq, məsələ ölkə daxilində və beynəlxalq mediada ciddi müzakirələrə səbəb olmuşdu.
Hazırda bu köhnə qalmaqal Petronun ABŞ ilə münasibətlərdə sərt ritorikası fonunda yenidən xatırladılır. Xatırladaq ki, Venesuela lideri Nikolas Maduronun saxlanılmasından sonra Petro Vaşinqtonun mümkün addımlarına kəskin reaksiya verib. O, ABŞ Kolumbiyada hakimiyyəti dəyişməyə cəhd edərsə, “silaha sarılacağını” bəyan edib.
Petronun ABŞ prezidenti Donald Trampa ünvanlandığı deyilən “Gəl və məni ələ keçir!” çağırışı da geniş müzakirələrə səbəb olub. Analitiklər hesab edirlər ki, bu cür sərt bəyanatlar fonunda Petronun şəxsi həyatı ilə bağlı qalmaqalların yenidən gündəmə gətirilməsi təsadüfi deyil.
Musavat.com






