İnsanlara hürriyət, millətlərə istiqlal!

KÖHNƏ ƏMƏKDAŞIMIZIN YENİ KİTABI

1066 09.02.2009 17:07 Son xəbər A A

«Vespasian imperiyası qanununun tarixi icmali» adlanan kitabda eramizın 69-cu ilində hakimiyyəti çevriliş yoluyla ələ keçirmiş Vespasianın öz hakimiyyətini legitimləşdirmək və sülalə rejimi qurmaq üçün hazırlatdığı «Lex de imperio Vespasiani» (latınca) qanunundan, onun Roma imperiyasının tarixindəki rolundan bəhs olunur.
«Media forum» saytına açıqlamasında E.Həsənli deyib ki, elmi araşdırma qrifiylə dərc edilən kitab artıq satışa çıxarılıb.
E.Həsənli Qarabağ münaqişəsi haqda kitab yazmağa hazırlaşdığını da bildirib: «Bunun üçün Azərbaycanın müəyyən dövlət orqanlarına əməkdaşlıqla bağlı təklif göndərsəm də, hələlik heç bir cavab almamışam. Həmin kitabın hazırlanması yalnız Azərbaycanda mümkündür və onun yayılmasından ötrü Azərbaycanın Avropa ölkələrindəki səfirliklərinin dəstəyinə ehtiyac var. Azərbaycan hökumətindən dəstək ala bilməsəm, müxtəlif ölkələrdə yaşayan soydaşlarımıza müraciət edəcəm ki, Qarabağ haqda yazacağım kitabı şəhərlərindəki kitabxanalara hədiyyə etsinlər. Əsas məqsəd ermənilərin uzun illərdir Qarabağ münaqişəsi ətrafında yaratdıqları informasiya blokadasının yarılmasına kömək etməkdir».
E.Həsənlinin 2008-ci ilin payızında İsveçdə çıxan ilk kitabı «Siyasi islam 1967-ci ildən sonra» adlanır.
Elxan Həsənli 1974-cü ildə Qazax rayonunda doğulub. 1990-cı ildə orta məktəbi, 1995-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1996-98-ci illərdə hərbi xidmətdə olub. Əmək fəaliyyətinə 1994-cü ildə «Müxalifət» qəzetinin müxbiri kimi başlayıb. 1998-ci ildən mühacirət edənə qədər «Yeni Müsavat»ın müxbiri işləyib. 2003-cü ilin oktyabrında - prezident seçkisindən sonra Azərbaycandan mühacirət edib. 2004-cü ilin iyununda İsveçrədə siyasi sığınacaq alıb. Sürix şəhərində yaşayır. 2005-ci ilin aprelindən İsveçrə Yazarlar Birliyinin üzvüdür. Hazırda Sürix Universitetinin aspiranturasında təhsil alır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR