İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyev: “Aviasiya koalisiyasına Avropanın səkkiz dövləti daxil olub"

544 02.06.2023 19:02 Son xəbər A A

Artıq Avropanın səkkiz dövləti Ukraynaya hərbi təyyarə tədarük edəcək “aviasiya koalisiyası”na daxil olmağa razılıq verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın prezident ofisi rəhbərinin müavini İqor Jovkva deyib. Onun sözlərinə görə, koalisiyanın Avropa hissəsinin əsası səkkiz ölkənin iştirakı ilə formalaşıb və tezliklə onların sayı artacaq. Hazırda “aviasiya koalisiyası”na Böyük Britaniya, Niderland, Polşa, Danimarka, İsveç, Belçika, Portuqaliya və Fransa daxildir.

İqor Jovkva qeyd edib ki, əldə edilən razılaşmalar Ukraynaya yardım üzrə təmas qrupunun Ramştayn bazasında keçiriləcək növbəti görüşü zamanı pilotların və texniki heyətin hazırlıq həcmi və mexanizmləri, həmçinin döyüş təyyarələri üçün şəraitin və müvafiq infrastrukturun hazırlanması ilə bağlı konkret qərarların veriləcəyinə ümidləri artırır.

İyunun 1-də Ukrayna və Fransa prezidentləri Volodimir Zelenski və Emmanuel Makron danışıqlardan sonra müdafiə nazirlərinə Kiyev üçün pilotların və aviasiya mexaniklərinin hazırlıq proqramını təqdim etməyi tapşırıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR