İnsanlara hürriyət, millətlərə istiqlal!

KİVDF yazı müsabiqəsinin qaliblərini mükafatlandırdı - FOTOLAR

690 16.03.2018 12:16 KİVDF layihələri A A

Bu gün Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə çıxış edən KİVDF sədri Vüqar Səfərli müsabiqəyə 67 mətbuat orqanından kifayət qədər keyfiyyətli yazıların daxil olduğunu bildirdi: "Ümumilikdə,  169 yazı daxil olub. Bu yazılar 12 ekspert tərəfindən qiymətləndirilib. Hər yazı 3 ekspert tərəfindən qiymətləndirilib. Nəticədə ən yüksək bal toplayan  yazılar seçilib, Müşahidə Şurasında baxılıb. Keçən müsabiqələrdən fərqli olaraq bu müsabiqədə 15 istiqamət əhatə olunub. Hər istiqamət üzrə 6 qalib, ümumilikdə 90 nəfər seçilib. Bir nəfər 1-ci yer, iki nəfər 2-ci yer,  üç nəfər 3-cü yerə layiq görülüb. Mükafatlar isə müvafiq plaraq 500, 400  və 300 manatdır".

Daha sonra müsabiqədə yazıları dəyərləndirən ekspertlər çıxış edərək Fonda daxil olan yazılarla bağlı fikirlərini, tənqid və iradlarını səsləndirdilər. Qeyd etdilər ki, daxil olan yazılarda internet materiallarına, statistik məlumatlara çox yer verilir. Bu baxımdan yazılarda bənzərlik hiss olunur. Bu baxından o cür yazılar müsabiqədən kənarda qalır.

Sonda KİVDF sədri qaliblərin adlarını açıqlayıb.

"Yeni Müsavat" qəzetinin əməkdaşlar Elşad Paşasoy(I yer) və Nərgiz Liftiyevanın (III yer) da adı qaliblər sırasında olub.

Nərgiz LİFTİYEVA
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR