İnsanlara hürriyət, millətlərə istiqlal!

Zori Balayanın Putinə məktubuna Bakıdan cavab

5163 15.10.2013 09:44 KİVDF layihələri A A
Z.Balayan məktubunda Putini “vaxt tapıb” Qarabağa, işğal altındakı ərazilərə səfər etməyə, Gülüstan kəndinə baş çəkməyə və “erməni tarixi abidələrinə baxıb” münaqişənin köklərinin haradan qaynaqlandığına nəzər salmağa çağırıb.
Bədnam erməni yazıçısının köhnə xislətinə uyğun olaraq Moskvaya yazdığı, yalanlar və saxtakarlıq üzərində qurulmuş məktubuna Azərbaycan tarixçilərinin diqqət yetirməsi, Balayana tutarlı cavab verməsi yəqin ki, gərəkli olardı.
Bunu elə Balayan özü də gözləyir. O, məktubunda qeyd edib ki, Azərbaycan alimləri vaxtilə yazdığı “Ocaq” kitabına cavab verdikləri kimi, görünür, buna da cavab verəcəklər... 
Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Balayanın Rusiya prezidenti Vladimir Putinə yazdığı açıq məktubuna münasibət bildirib. 
Elnur Aslanov məktubu belə şərh edib: “Zori Balayanın Rusiya prezidentinə məktub yazmaq vaxtı deyil, dəlixanada palatasının divarlarında şəkil çəkmək vaxtı çoxdan gəlib çatıb.
Zori Balayanın növbəti əxlaqsız və xəstə təxəyyülünün daha bir sayıqlamasını şərh etmək çətindir. Birinci ona görə ki, bu əqidəsinə görə onunla mübahisə etmək, onun kimi kəmağıllılıq səviyyəsinə düşmək deməkdir.
İkincisi, “Türkmənçay” və “Gülüstan” müqavilələri vaxtına gedib çıxan heç nədən paralel tarix yaratmaq, dinc sakinlərə, günahsız qadın və uşaqların qətlinə haqq qazandıran belə bir absurd cəfəngiyyata erməni Zori Balayan kimi qudurğan millətçilərdən başqa heç kim inanmır. 
Üçüncüsü, özünün bu məktubunda Zori Balayan bütün dünya tərəfindən qəbul edilmiş Xocalı soyqırımı faktını gizlədərək tarixi faktları təhrif etməyə çalışıb. Bu cəfəngiyyatın fərsizliyini bir kənara qoyaraq Zori Balayanın cəfəngiyyatlarına inanan bütün erməni millətçilərinə onun Monte Melkonyan-Markar Melkonyan qardaşlarının “Mənim qardaşlarımın yolu: amerikalıların Ermənistana həlledici yürüşü” kitabı ilə tanış olmağı məsləhət görmək olar. Bu kitabda açıq-aydın erməni faşistliyi, dinc Azərbaycan sakinlərinə qarşı vəhşilik təsvir edilib.
Dördüncüsü, baxmayaraq ki, Zori Balayan bu barədə bilir, bu cəfəngiyyata kiminsə inanması, kiminsə bunu ətraflı oxumasını ehtimal etmək sadəlövhlükdür. Təəssüfləndirici fakt ondan ibarətdir ki, bu cür cəfəngiyyat istənilən normal insanda ürək bulanması refleksi oyadır".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR