İqtisadçı Natiq Cəfərlinin Azərbaycana idxal edilən ət məhsulları ilə bağlı paylaşımı diqqət çəkib. O qeyd edib ki, 2025-ci ilin oktyabr ayından etibarən ölkəmizə Somalidən onlarla ton dondurulmuş qoyun əti idxal edilib. Bildirib ki, idxal olunan belə məhsulların əsas hissəsi Monqolustan üzərindən gətirilir. Xüsusilə Somalidən gələn ətlər marağa səbəb olub.
Bəs aldığımız ət Somali və ya Monqolustan əti ola bilərmi? Vətəndaşlarımız ət alarkən bu məsələyə diqqət edirlərmi?
TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com






