İnsanlara hürriyət, millətlərə istiqlal!

Keyt Middlton haqqınsa sensasion iddia

767 05.06.2024 04:05 Dünya A A

Britaniyalı illüzionist Derren Braun şahzadə Keyt Middltonun ona gizli məktub verməsi və ondan kömək istəməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Bu barədə sehrbaz onun ötənilki paylaşımını xatırlayan istifadəçilərin sui-qəsd nəzəriyyəsini ortaya atmalarından sonra şərh verib.

Derren Braun şahzadə Keyt Middlton və Şahzadə Uilyamla keçən ilin noyabrında "Royal Variety Performance"da çıxışı zamanı tanış olub. İllüzionist daha sonra sosial şəbəkələrdə Uels şahzadəsinin əl sıxma zamanı ovucuna "kiçik bir kağız parçası" qoyduğunu bildirdi.

"Mən sonra baxdım və içərisində bir söz yazılmışdı: "Kömək edin!", - deyə Braun paylaşımında vurğulamışdı.

Bu yaxınlarda Keyt Middltonun pərəstişkarları illüzionistin paylaşımını xatırladılar. Lakin Derren Braunun meneceri deyilənləri təkzib edib. O, bu paylaşımın tanınmış aktyor Barri Hamfrisin "Edna xanım" obrazı ilə etdiyi zarafata istinad olduğunu bildirib. Belə ki, komediya ustası bir dəfə zarafat etmişdi ki, Kraliça II Elizabet ona məktub verib və kömək istəyib.

"Buna görə Derren paylaşımının sonunda #DameEdna etiketini əlavə edib", - deyə menecer izah edib.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR