İnsanlara hürriyət, millətlərə istiqlal!

Kərim Vəliyev: "Ali Baş Komandanın Silahlı Qüvvələr qarşısında qoyduğu mühüm vəzifələr müvəffəqiyyətlə həyata keçirilib"

574 21.12.2019 16:48 Ölkə A A

"Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Silahlı Qüvvələr qarşısında qoyduğu mühüm vəzifələr müvəffəqiyyətlə həyata keçirilib".

"Report" xəbər verir ki, bunu Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev deyib.

O deyib ki, bunun nəticəsində Azərbaycan Ordusunun döyüşə hazırlıq səviyyəsi, döyüş qabiliyyəti, şəxsi heyətin vətənpərvərlik ruhu artıb.

Müdafiə nazirinin müavini ölkəmizin dinamik sosial-iqtisadi inkişafının ordu quruculuğu sahəsində görülən işlərə müsbət təsirindən, həyata keçirilən irimiqyaslı islahatların ordumuzun döyüş və mənəvi-psixoloji hazırlığının yüksəlməsinə səbəb olduğundan danışıb.

K.Vəliyev 2020-ci ildə müvafiq sahədə görüləcək işlər barədə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR