İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kennedini Armen Aşotyan öldürüb”

1211 14.08.2023 15:35 Son xəbər A A

Ermənistan Respublika Partiyasının (ERP-nin sədri Serj Sərkisyandır) sədr müavini Armen Aşotyanın həbs qətimkan tədbirinin müəyyən edilməsi ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin iclası bu gün davam edir. Aşotyan iyunun 16-dan həbsdədir, həbs müddətinin uzadılması ilə bağlı vəsatət verilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, avqustun 12-də keçirilməli olan iclas bu günə təyin edilib: iş üzrə müstəntiq 23 saatlıq xronometrajlı 9 disk təqdim edib, bununla bağlı hakim Aşotyana siyasətçinin materiallarla tanış olması üçün vaxt vermək qərarına gəlib.

“Nikol Paşinyan həyasız təhdidlərindən sonra ona qulaq asmayan və tabe olmayan hakimlər varmı... bütün bunlardan sonra mənim məhkəmə sistemindən heç bir müsbət gözləntilərim yoxdur”, - deyə Ermənistan Respublika Partiyasının İcraiyyə orqanının nümayəndəsi, keçmiş vitse-spiker Eduard Şarmazanov məhkəmə binası yaxınlığında jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu gün Ermənistanda Azərbaycanın və Türkiyənin maraqlarına xidmət edən bir nəfərin hakimiyyəti bərqərar olub.

“Nikol Paşinyan istəsə, Armen Aşotyan bu gün azadlığa çıxar. Bu gedişlə Paşinyan Kennedinin qətlini də Aşotyanın üstünə yıxacaq. Bizim bir məqsədimiz var: cəmiyyətə, siyasi opponentlərimizə Armen Aşotyanın siyasi məhbus olması mesajını çatdırmaq”, - deyə Şarmazanov bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR