İnsanlara hürriyət, millətlərə istiqlal!

Karantini pozdu, polisə 3 min rüşvət təklif etdi...

1019 16.04.2020 22:24 Dünya A A

Rusiyada karantin rejimini pozan və yol polisinə rüşvət təklif edən sürücü haqqında cinayət işi açılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Moskva Dairəvi Avtomobil Yolunun 45-ci kilometrliyində yol polisi sənədləri yoxlamaq məqsədilə 32 yaşlı kişinin idarə etdiyi avtomobili saxlayıb. Ona karantin rejimini pozduğu üçün protokol tərtib edilib. Bu zaman sürücü polis kapitanına protokol yazmaması üçün 3 min rubl rüşvət təklif edib.

Faktla bağlı “Xırda rüşvətxorluq” maddəsilə cinayət işi açılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR