İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanadada qlobal anti-Azərbaycançı şəbəkələşmə: ermənilərin siyasi, “elmi-mədəni” mərkəzləri

1204 04.09.2023 11:48 Siyasət A A

Əvvəli burada

 

Ermənilərin Kanadada 3 siyasi partiyası var.Ən böyüyü:Millətçi “Erməni İnqilab Federasiyası” (Armenian Revolutionary Federation (ARF,  Daşnaksütyun-dur. Onun  gənc qanadı-Erməni Gənclər Federasiyası(AYF); “ Mühafizəkar “Ramqavar və Sosial-Demokrat Hunçak” partiyalarının Monreal və Torontoda filialları var. 

Ermənilərin parlament üzvü olmaqla yanaşı, İrandan olan fars və azərbaycanlılarla, eləcə də, yunan, kürd və hindistanlı icmalarla  sıx əlaqə qurması potensial təhdid sayıla bilər. Məs. Ermənistana missiya göndərilməsi üçün Qarabağda vəziyyətlə bağlı və s. dinləmələr parlamentin Xarici siyasət komissiyasında keçirilib.

Həm ümumilikdə, həm də bu sahədə erməni səfirin olduqca fəallığı diqqəti cəlb edir. 2019-cu ildən Ermənistanın Kanadada səfiri Anahit Arutyunyandır. A. Arutyunyanın  intellektual sahədən gəlməsi, bu amili yalnız ölkəmizə qarşı şəbəkə qurmağa sərf etməsinə “dəstək”verir.   Ötən ildən Laçın yolu ilə bağlı total dinləmələr keçirən Anahit -mövzunu parlamentə gətirib . 

Parlamentin xarici əlaqələr Komitəsinin sədri 3-cü dəfə deputat seçilən İran əsilli müsəlman Ali Asassi-dir. Ali Asassi-nın babası Pəhləvi sarayında ədliyyə naziri,atası isə İsveçrədə səfir işləyib, 2-ci nəsil miqrantdır.
tahir1.jpg (21 KB)
tahir2.jpg (30 KB)

Parlament onun sədrliyi və erməni deputat Reyçen Bendayanın məqsədyönlü sualları   ilə Anahit-in məruzəsini qəbul edir. https://www.facebook.com/ANCC.National/videos/testimony-by-he-anahit-harutyunyan-ambassador-of-the-republic-of-armenia-to-cana/871806007390

tahir3.jpg (45 KB)
tahir4.jpg (26 KB)

Picture5.jpg (66 KB)

Araşdırma göstərir ki, Kanadada erməni, fransız, yunan, İran, kürd və hindistanlı icmasının mütəşəkkilliyi, qlobal araşdırmaşı şəbəkənin,rəngli inqilabların, Soros, NDİ, USAİD, NED və s.rejim dəyişmə qurumlarının baş sponsoru(e-Bay yaradıcısı) Pyer(Pərviz) Omidyarın anası İlahe Omidyarın “Mir Cəlal İran Araşdırmalar” institutu və qlobal güclərin siyasətində digər alət olan kürdlərin (şəkil:Məhsa Əlinejat) mütəşəkkil birgəliyi, Harri Kasparovla münasibətləri təhdid yaradacaq fəaliyyət hesab edilə bilər.  Bu məqam qlobal geosiyas savaş və avro-atlantik ”rəngli inqilab” planlarında ermənilərin icraçı fiqurlar, alət statusunun” son dərəcə təfərrüatlı hazırlanmasına bir daha dəlalət edir.
tahir6.jpg (109 KB)

tahir7.jpg (84 KB)


Kürd əsilli Nobel sülh mükafatçısı

tahir8.jpg (75 KB)

Kanadada ölkəmiz əlehyinə şəbəkələşmənin məhz son 3 ildə fəallaşması və əlbirliyinin yüksək səviyyəyə çatdığı qeyd edilməlidir. Belə ki, şəbəkə, 2022-ci ilin dekabrında qondarma “artsaxı tanı”qətnaməsi parlamentdə keçirə bilməmişdi.

tahir9.jpg (42 KB)

tahir10.jpg (104 KB)
tahir11.jpg (81 KB)

Kanada parlamentindı ermənilərin 3 dostluq qrupu, 3 rəhbəri var.Azərbaycanın 1 qrupu-1 rəhbəri var.
tahir12.jpg (22 KB)

Qondarma “Artsax” dostluq qrupunun rəhbəri deputat Rachael Thomas Harder-dir. Ümumiyyətlə Missiyalarla bağlı ilk təşəbbüsü , “Kanada-(qondarma)”Artsax” qrupunun rəhbəri Rachael Harder qaldırıb, sabiq nazir Mark Garneau-ya məktubla müraciət edib.

Qarabağa səfər etdiyi üçün persona-non grata elan edilib və  qara siyahıya salınıb. Maraqlı həm də odur ki, bu deputat J.Tryudo partiyasına müxalifətdə-Konservativ partiyasındandır. Bu onu göstərir ki, ermənilər Kanada parlamentində həm iqtidar,həm də müxalifət-bütün fraksiyalarla iş aparırlar.
tahir14.jpg (108 KB)

Əlavə edək ki, “Kanada-Fransa Parlamentlərarası Assosiasiyanın (CAFR)” da 11deputat üzvü var.Buraya sözü gedın fars-iran, yunan, kürd, fransız, hindistanyönlü ermənipərəst qüvvələr də daxil edilsə, kifayət qədər böyük potensial mövcuddur. Kanada parlamentinin ənənəvi olaraq, anti-Rusiya meyilli olması da məlumdur və nəzərə alına bilər.

  • Araşdırma—tədqiqat,elmi-mədəni Mərkəzlər

Anti-Azərbaycançı və erməni şəbəkələşməsinin fəaliyyətində saxta qətnamə və missiyalara təhrik edən dezinformasiyanın istehsalı və tirajlanması-həlledici yer tutur.Bu məqsədlə həm qlobal araşdırmaçı şəbəkə maliyyələşdirilir, həm də, ayrıca Mərkəzlər yaradılır.

Bu Mərkəzlərdən ən təhlükəlisi, kibertəhlükəsizlik aspektində, qlobal şəbəkə üçün, Azərbaycanın adının qərəzli hallandırıldığı “Pegasus sənədlərini” /qalmaqalı tirajlayan Toronto Universitetində kibertəhlükəsizlik və insan haqları təşkilatı: “Vətəndaş Laboratoriyası”-“The Citizen Lab”-dır. The Citizen Lab-ın direktoru Ronald Dibert  Kanada ordeninə   layiq görülüb.Yerli 5-ci kalon üzvü Arzu Qeybulla, çoxsaylı digər üzvlər bu qurumla sıx əməkdaşlıq edir.

tahir15.jpg (34 KB)

Dünyada saxta soyqırım mifləri, digər dezinformasiyalar “istehsal edən” və yayan, bu məqsədlə bütün planetdən araşdırmaçları maliyyə ilə cəlb edən, 1982-ci ildə Kanada, Kembric və Massaçuzetdə yaradılan Zoryan İnstitutu və Zoryan Fondu da Kanadadır. Bu qurumlar “matryoşka modeli” ilə strukturlar yaradır,onların guya müstəqil və xarici tədqiqatçılar  olması görüntüsünü formalaşdırır. Gerçəklikdə çirkin dezinformasiya və lobbiçiliklə məşğuldur.

tahir16.jpg (16 KB)

Bu sırada onun tabeçiliyində olan “Soyqırımı Önləyən Lemkin İnstitutu” (The Lemkin Institute for Genocide Prevention)məlumdur.Lemkin rəhbəri Elisa von Joeden-Forgey, guya Beynəlxalq Soyqırım Alimləri Assosiasiyasının (IAGS) keçmiş Vitse-Prezidenti, ABŞ Kin Dövlət Kollecinin professorudur.  Vaxtaşırı Qarabağ,Xankəndinda qondarma soyqırım hesabatları yayır, heç bir əsası olmayan reytinqlə Azərbaycana “Qırmızı Bayraq”-həyəcan siqnalı səviyyəsində “qiymət verir.” Bu Fondlara səxavətlə maliyyə ayrılır.
tahir17.jpg (67 KB)

tahir18.jpg (16 KB)

tahir19.jpg (46 KB)
tahir20.jpg (64 KB)

tahir21.jpg (33 KB)
tahir22.jpg (40 KB)

tahir23.jpg (29 KB)

Dırnaqarası “Lemkin İnstitutu”Laçın yolu və saxta blokada ilə bağlı hay-küy yaratmaqda öndə gedir. Ermənilər özlərinin yaratdıqları qurumları özləri də təltif edir, bununla yanaşı Qərb dairələrində bu “soyqırım oyunları” qlobal şəbəkə tərəfindən dəstəklənərək müəyyən effektini verir.Azərbaycanla bağlı gündəlik saxta  hesabatlara görə dırnaqarası “2022-ci ilin Qərəmanları”da olublar.

tahir24.jpg (9 KB)
tahir25.jpg (44 KB)

  • Elmi-İnnovasiya Mərkəzlərində ermənilər

Kanadanın aparıcı Qərb ölkələrində -ABŞ,Fransa, Kanada və s.- yalnız səfirləri

Qadınlar deyil.Ölkə və dünya miqyaslı innovasiya,informasiya və data şirkətlərin rəhbərləri erməni qadınlardır. Vətən müharibəsindən sonra sabiq Ermənistan presidenti Aram Sarkisyan bidirmişdi ki, sitat: “Ermənistan bu dəfəki müharibədə Süni İntellektlə” qalib gələcək, Qarabağı geri qaytaracaq.” Bu və s. planlarım ciddiyə alınmasa da, görməzdən gəlmək də olmaz.Sözü gedən qadınlar ən yeni texnologiyalar sahəsində çalışır.

Enn Kavoukian Kanada- Ontario şəhərində uzun müddət “Fərdi Məlumatların Məxfilik Komissarı” əzifəsində çalşıb.O həmçinin, dünyanın aparıcı məxfilik ekspertlərindən biri, “Top Ən nüfuzlu 50 İnnovasiya İnfluenseri”dən biridir.   Ann Kavukian “məxfiliyin / şəxsi məlumatların qorunmasının dizaynı” texnologiyasını yaradıb.( https://www.ipc.on.ca/wp-content/uploads/resources/ 7foundationalprinciples.pdf ) Torontoda bu texnologiya ilə “ağıllı kavartal” yaradılmasında öz  şirkəti(Alphabet Sidewalk Labs)ilə “Sabahın xəyal şəhəri” adlı layihə rəhbəri olub. Lakin, fərdi data-məlumatların məfiliyinin etibarlı  qorunması şəffaf olmadığı üçün layihədən imtina edib. Hazırda “Fərdi hüquqların məxfiliyin qorunması” sahəsində tanınmış  hüquq müdafiəçisidir.E.Kavukyana görə, Ağıllı  Şəhərlərdə sakinlərin sadəcə ictimai yerlərdə olması artıq onların məlumat mübadiləsi obyekti olmaq deməkdir.Bu da insanların xəbəri   və ya razılığı olmadan çoxlu sayda şəxsi məlumat toplamağa,  başqa qurumlara ötürə bilər”.   Kanada “Rəqəmsal İqtisadiyyatının Banisi” kimi tanınıb; 2017-ci ildə “ Dizayn tərəfindən Məxfi məlumatların dizaynında işinə görə  50 ən tnüfuzlu “ Ağıllı Şəhər Lider”-indən biri,   Texnologiyada Ən Yaxşı Qadınlar sırasına seçilib.

Margaret Magdesian, Kanadada kök hüceyrələr və nanotexnologiy, insan orqanlarına çip implant və s. sahəsində şirkət sədridir.  

  • Kanadada erməni-İran işbirliyi ilə bağlı daha bir məqam

Azərbaycanda xaricdən yönləndirilən radikal dini qrupun-“Müsəlman  Birliyi Hərəkatının”(MBH) beynəlxalq mərkəzi Kanadada yerləşir.Bununla bağlı STM təhlillər təqdime dib.  70-ci illərdən fəaliyyət göstərən bu qlobal şəbəkə  siyasi şiəçilki və dini ekstremizmin yayılmasını hədəfə alıb. Kalim Siddiqi tərəindən əsası qoyulmuş hərəkatın hazırkı lideri-(Müsəlman Birliyi Qrupunun və London Müsəlman İnstitutunun  həmtəsisçisi)- İmam Zafar Bangaşdır.   Qlobal şəbəkənin Kanadada mənzillənən  “Müasir İslam Fikri İnstitutu”( Contemporary Islamic Thought (ICIT) və “Beynəlxalq Aypara” (Crescent İnternational) təşkilatları mövcuddur. İnternet saytından-https://crescent.icit-digital.org/about- Azərbaycanda gedən radikallaşma proseslərinə geniş yer ayrılır. Əsas təhlilçilər: Akhmet Makhmoudov, Maksud Djavadov, Haji Ramin Bayramov Martin Chulov, Yusuf Abdullah və b.-rıdır. Mərkəzin dəstəyi ilə iranlı rejissorlar: M. Səmədov,T.Bağırzadə Nardaran hadisələri ilə bağlı “Od və nar”(Nar və Ənnar)sənədli filmini çəkib.( Akhmet Makhmoudov. Strategic Political Shift in Azerbaijan// https://crescent.icit-digital.org/articles/strategic-political-shift-in-azerbaijan)

 tahir26.jpg (19 KB)

  • Azərbaycan və Kanadada:münasibətlərində hazırkı durum

            Kanadanın 3-cü ölkə kimi sərhədimizə gəldiyi, Ermənistanla “bal ayı” davam etdiyi bir vaxtda XİN səhifəsində yuxarıdakı belə bir elan var.

 AR XİN-nin rəsmi internet saytından məlum olur ki, ölkəmizin  Kanada Səfirliyi 2004-cü il sentyabr ayında təsis olunub. Azərbaycanın Kanadada səfirliyi yaxud da Fəxri Konsulluğu mövcud deyil. Kanadanın Türkiyə Respublikasındakı Səfirliyi, eyni zamanda Azərbaycanda akkreditə olunub. 2019-cu il oktyabr ayından etibarən Kanadanın Türkiyədəki səfiri Jamal Khokhar, eyni zamanda Azərbaycana akkreditə olunmuşdur.  Kanadada müvəqqəti işlər vəkili Vasif Abutalıbovdur. https://mfa.gov.az/az/category/amerika/kanada)

İki ölkə arasında Prezidentlər və eləcə də xarici işlər nazirləri səviyyəsində səfərlər həyata keçirilməyib. AR  Milli Məclisində Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. İşçi Qrupun 13 üzvü var, Qrupun rəhbəri Tural Gəncəliyevdir. Kanada Parlamentində  Azərbaycanla dostluq qrupunun rəhbəri Filip Lourensdir. İki ölkə arasında 4 sənəd imzalanmış, 2 sənəd layihəsi isə baxılmaqdadır.

   Ticarət dövriyyəsi, ixrac və idxalın həcmi.(min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2018

763,585.11

162,409.12

601,175.99

2019

536,377.25

398,161.46

138,215.79

2020

155,722.06

15,127,54

594.52

 

Göründüyü kimi Ermənistandan fərqli olaraq, Kanadada səfirliyimiz yoxdur. Dövlətimiz diaspora sahəsinə yüksək diqqət ayırır və Komitə  geniş coğrafiyalarda fəal iş aparır, struktur islahatlar aparılır.   Prezidentin 2018-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu (ADDF) PHŞ yaradılıb. Məqsəd sitat: “lobbiçilik fəaliyyətinin güclənməsinə, soydaşlarımızın sosial-iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi problemlərinin həllinə, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə və mütəşəkkilliyinin möhkəmlənməsinə dövlət dəstəyini təmin etmək və s.-dir(https://diaspora.foundation/aboutus

Azərbaycandan Kanadaya gedən yüksək təhsilli şəxslərin, Türkiyədən, Pakistandan, Cənubdan olan soydaşlarımızla bir araya gətirilməsi,əcəyinə təşkilatlandırılmasıə işlərin güclənəcəyinə şübhə yoxdur.Müstəqillik illərində Torontoda Azərbaycan Evi -2019-cu ildə açılıb.

Kanadada mədəniyyət, din, dil baxımından yaxın ölkələrin icmaları ilə əməkdaşlığın qurulması, həmrəylik və şəbəkələşmə mühüm bir istiqamət ola bilər.Başqa istiqamət-siyasi-elektoral tsikllərin izlənilməsi, iqtidar və müxalifət namizədlərlə təmasların qurulmasına aiddir.

Hazırda Kanadanın iqtidar Liberal Partiyası-Azərbaycana aşkar düşmənçilik mövqeyini tutub. Ermənistana dəstəklə bağlı proqramı həyata keçirir. Faktiki olaraqbu gün, Kanada timsalında “ikinci Fransanın”yaranmasına şahidlik edirik.Bu baxımdan, artıq 15 ildən çox hakimiyyətdə olan Liberallar partiyasına müxalif olan Konservatorlar partiyasının tanınmış şəxsləri ilə münasibətlərin qurulması, son 3 elektoral tsikldə onlarla işləmək, gərəkdiyində lobbiçilik əhatəsi qurmaq olardı.Növbəti seçkilərin,partiyalararası rəqabərin  2025-ci ildə olacağını nəzərə alınsa, bu perspektivli yanaşma kimi görünə bilər.

Əgər bu iş qurulsaydı, hazırda J.Tryudonun və Melani Jolinin qatı ermənipərəst siyasətini, siyasi korrupsiya üzərində qurulan əlaqələri ifşa etmək üçün müxalif partiyalardan davamlı müsahibələr almaq olardı. Dünyaya alternativ düşünən Kanada ilə bağlı mesajlar verilə bilərdi.

Araşdırma göstərdi ki, müxalif Konservatorlar partiyasında müsəlman ölkələrindən olan kifayət qədər deputatlar var.

Məs.,qondarma “Artsaxla dostluq”qrupunun sədri Reçel Hardi -J.Tryudonun qatı tənqidçisidir. Bu məsələdə onun mövqeyinin dəyişməsi üçün perspektiv ola bilərdi.

Yaxud Konservatorpar partiyasından deputat  Kanadalı sosial sahibkar və icma təşkilatçısı, Kanadalı radio aparıcısı,Hüquq Doktoru, “Qaradərili Hüquq Tələbələrinin Yale Assosiasiyasının prezidenti” Cəmil Jivani ( Jamil Jeevani)   mediada davamlı olaraq, J.Tryudonun siyasi diskriminasiyada ittiham edir.

tahir28.jpg (44 KB)
tahir29.jpg (47 KB)
tahir30.jpg (53 KB)
tahir31.jpg (60 KB)
tahir32.jpg (103 KB)

C.Civaninin məktəblərdə islamofobiya, cinsi azlıq tədbirlərinə getməyən  müsəlmanlara qarşı müəllimlərin şiddəti ilə bağlı paylaşımı:

Kanadanın ölkəmizə qarşı düşmən sırada yer alması fonunda bu ölkədə köklü xalqların soyqırıma məruz qalmasını etiraf edilməsi,2021-ci ildə 213 uşağı kütləvi məzarlığının aşkar edilməsi dünyada böyük səs-küy yaratdı.Kütləvi uşaq məzarlığı ilə bağlı yaradılan Komissiya belə qərara gəlib ki, bu köklü hindu xalqların uşaqları “mədəni soyqırıma məruz qoyulub.” (They were victims of a "cultural genocide": the national commission of inquiry)

Bu və digər dəhşətli faktlar və Laçın yolundakı “blokada mifi” paralellərini müqayisə etmək, Ermənistanı himayə edən bütün saxta “demokratiya” ölkələtini ifşa etmək deməkdir.

Remains of 215 children found at Canadian Indigenous school
tahir33.jpg (35 KB)

Jastin Tryudo kütləvi məzarlığı “Kanada tarixinin qaranlıq və üçün utancverici səhifəsi ”adlandırıb.
tahir34.jpg (60 KB)

Laçın yolunda baş verən proseslər fonunda humanitar yüklü tırlərin sərhədə göndərilməsi, “Armenian Convoy”adlandırılması, nədənsə Kanada ilə paralellər xatırladır. STM təqdim etdiyi təhlillərdə ötən il dünyada, əsasən də,Kanadada başlayıb, ABŞ, Fransa və s. yayılan “Azadlıq konvoyu”  (Freedom Convoy)-hərəkatı(ABŞ sərhədini keçmək üçün tətbiq edilən vaksin parpostuna qarşı konvoyla yolu kəsmək) yada düşdü.  Kanada konvoy təcrübəsinin Azərbaycanda ildırımsürətli tətbiqinə də cəhd edilsə də qarşısı alındı.

 

ƏLAVƏLƏR: “corab diplomatiyası”

 tahir35.jpg (46 KB)

Kanadada yerli xalqların 150.00 uşaqları zorla ata-anaların əlindən alınıb, məktəblərindən ayrılıb, xristianlaşdırılmaq və mədəniləşdirilmək üçün rezervasiyalara yerləşdirilib, çoxsaylı işgəncələrə məruz qalıb. 215 uşağın işgəncə ilə qətl edildiyi məzalığı aşkar edilib.

Araşdırma Komissiyasının  sədri Karolin Bennetin  müstəmləkə dəhşətləri ilə bağlı “soyqırım qurbanları”-hiddəti mesajları.Bennet qeyd edir ki, “Kanadada bu siyasətin  olduğunu söyləmək, onu “xalçanın altına süpürmək”dir”
tahir36.jpg (7 KB)

Carolyn Bennett@Carolyn_BennettMay 29 Residential schools were part of a colonial policy that stole Indigenous children from their communities. Thousands of children were sent to these schools and never returned to their families. The loss of children who attended these schools is unthinkable.Ottawa formally apologised to the survivors of the schools in 2008 as part of a C$1.9 billion (€1.3 billion) settlement.They were victims of a "cultural genocide", the national commission of inquiry concluded.
tahir37.jpg (33 KB)

 

 Tahirə Allahyarova, STM İdarə heyətinin üzvü, professor

724a6392654877a3b5780d4dae90270e.jpg (48 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR