İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda Avromissiya-uzaq Kanadanı hərbi səngərə gətirən qüvvələr, səbəblər və mümkün təhdidlər

1614 30.08.2023 11:14 Siyasət A A

 Vətən müharibəsinin mühüm nəticələrindən biri də Cənubi Qafqazda geopolitik düzəni kardinal dəyişməsi oldu. Qəfil başlayan savaş 90-cı illərdən sonra formalaşan Qərbin strateji dominantlığına böyük zərbə oldu, qardaş Türkiyənin regionda hərbi rolunu və təmsilçiliyini artırdı, yeni siyasi arxitektura quruculuğuna şərait yaratdı. Prezident İlham Əliyevin Ermənistanla sülh gündəliyini formalaşdırıması danışıqların hazırki durumundan və gələcəyindən asılı olmayaraq, xarici qüvvələrin planlarını açmaq və deşifrə etmək baxımından müstəsna əhəmiyyət daşıdı. Belə ki, son iki ildə regiona qayıtmaq istəyən NATO qüvvələrinin başlıca mıəqsədi Rusiya, İran və Türkiyənin tarixən hökmranlıq etdiyi coğrafiyada hərbi cəhətdən yerləşmək, iqtisadi-siyasi qərarları ələ almağa imkan qazanmaqdır. Düz bir əsr əvvəl də belə olmuşdu. Gürcüstanda alman hərbi birləşmələri, Azəırbaycanda ingilis donanması və generalları, Ermənistanda amerikan instruktorları bu ilin fevralından hələlik 100 nəfərlik heyətlə missiyasına başlayan və strateji hədəfdə NATO-nun regionda yerləşməsini təmin edəcək, Göyçə gölü ətrafında lövbər salan Markus Ritter adlı hərbi rəhbərin gündəlik iki dövlətin hərbi hərəkətlərini izləməsidir.

Xatırladaq ki, ötən ilin 6 oktyabrında Fransa prezidentinin də yer aldığı 4-lü Praqa görüşündə Azərbaycan liderinin özünəxas iradə ilə ölkəmizdə xarici hərbi qüvvələrin, missiyaların yerləşməsinə qarşı çıxması İlham Əliyevin prezidentliyə başladığı dövrdə ətraf regionlarda yaıyılan narıncı vəbaya qarşı dirənişi ilə eyni taleyüklü hadisədir.

“Müharibə göstərdi ki, Azərbaycanın əsl dostları kimlərdir”- dövlət başçımız Prezident İlham Əliyevin bu dəyərləndirməsi,postmüharibə dövründə daha da aktuallaşıb.

Vətən müharibəsi ilə bağlı Kanada əsasən 2 xəbərlə: 1. Türkiyəyə hərbi texnika (“Bayraqdar” üçün müşahidə kameraları) ixracını dayandırması; 2.Fransanın başladığı “qondarma”Artsaxı tanı” kampaniyasının Kanada parlamentində keçməməsi -16 səs lehinə, 53 səs əleyhinə- (9 dekabr, 2020) yadda qalıb.

Kanada haqqında qısa məlumat:

Kanada -texnoloji innovasiya, proqram təminatı, kibertəhlükəsizlik, süni intellekt və s. sahələrdə dünyadan istedad və şirkətləri cəlb edən qlobal texnoloji Hub-kimi tanınır.

 Ərazisinə görə Rusiyadan sonra 2-ci,  dünyada ən uzun sahil xəttinə malik, 38,781,291  milyon əhalisi olan Kanada immiqrant ölkəsidir, hər 4-cü sakini-immiqrantdır. Ötən 2022 -ci ildə Kanada əlavə 1.5 milyon miqrant dəvət edəcəyini bəyan edib. İmmiqrasiya siyasətinin məqsədi iqtisadi olmaqla, gəlmələrə- açıq qapı, daimi yaşamaq icazəsi tanınır, lakin  vətəndaşlıq verilmir.

Baş nazir Jastin Tryudo(iqtidar Liberal partiyası)-ardıcıl 5-ci dəfədir ki, bu posta seçilir.( 2008, 2011, 2015, 2019, və 2021.) Son 2021-ci il seçkiləri onun qərarı ilə tam 2 il əvvəl növbədənkənar erkən seçkilər keçirilib, siyasi rəqiblərdə qəzəb,cəmiyyətdə müzakirələrə yol açıb. Belə ki, erkən səsvermə   üçün heç bir ciddi səbəb olmayıb.  J.Tryudonun atası- Pyer Tryudo da 16 il baş nazir olub (1968-1979;1980 -1984). Kanada 2004-cü ildən qondarma “soyqırımı” tanıyıb, ölkədə 6 “soyqırım” muzeyi var.

Azərbaycanlılar

 Kanadada, medianın- AR Diasporla İş üzrə Dövlət Komitəsinə istinad edilən məlumatına görə 170.000-200.000, Vikipediya-ya görə, 275,000 min nəfərdir. Rusdilli mənbələrə görə, Kanadadakı azərbaycanlılar əsasən Azərbaycan, İran, Şərqi Avropa və Türkiyədən gəlib. Onlardan 100 mini Cənublu soydaşlarımız, 50 mini Kanadada doğulan, qalan 125 mini isə başqa ölkələrdən gələnlərdir (https://dic.academic.ru/dic.nsf/ruwiki/1720365).İngilisdilli mənbələrdə rəsmi rəqəm daha az(10 minə yaxın),qeyri-rəsmi-100-minə yaxın kimi göstərilir.

 

“Miqrant-köç milləti” olan ermənilərin “vətəni”-Kanada

Ermənilər Kanadaya son yüz ilə yaxın müddətdə gəlib. Hazırda 3-cü nəsil erməni diasporundan söhbət gedir.  Ölkədə rəsmi 64-70.000(2016-cı il siyahıya alınmasına görə), qeyri-rəsmi hesablamalara görə 100.000-dən artıq erməni yaşayır.    Onların böyük əksəriyyəti- Ontario və Quebec-də,qalanları Monreal, Toronto, Vankuver, Kvebek, Sent-Katarin, Ottava və s.də yaşayır. Kanadada həmçinin    təxminən bundan bir qədər çox  türk   icmasının yaşadığı qeyd edilir.

1996-2010-cu illərdə Kanadada ermənilərin sayı 3  dəfə artıb. 2010-cu illərdə müharibədən qaçan minlərlə suriyalı erməni ailəsi burada məskunlaşıb. Təkcə 2015-ci ildə   hökumətin sponsorluq agentliyi olan Erməni İcma Mərkəzi  2500, Kanada Erməni Kilsəsinin Yeparxiyası isə 2016-cı ilə 1000 suriyalı erməninin gəlməsini himayə edib.  

Vətən müharibəsindən sonra, “köç milləti”olan ermənilərin Kanadaya “qaçqınlıq” fürsəti ilə kütləvi axın etməsi -şübhəsizdir. Son 3 ildə Kanadanın Azərbaycana qarşı münasibətində bu faktor da nəzərə alınmalıdır.Təkcə 2021-ci ildə 103 min erməni xaricə köçüb. 

Kanadanın Ermənistanda Missiyaya qoşulması ilə bağlı rəsmi açıqlama

İyulun 19-da Kanadanın 3-cü ölkə statusunda Aİ-nin Ermənistandakı Missiyasına  qoşulması “informasiya bombası” effektini yaratdı. Çünki, 2003-cü ildə Aİ-nın “Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti” (CSDP) missiyalarının yaradıldığı vaxtdan bəri Kanada- təyin edilən   37-dən  missiyada cəmi 1 dəfə, cəmi 1 nəfərlə qoşulub. Bu Türkiyənin də qoşulduğu, 2006-cı ildən Fələstində yaradılan EUCOPP- “Polisə dəstək” missiyasıdır. https://eupolcopps.eu/page/facts/en

Contributing States:

Currently, all 27 EU Member States as well as Canada, Norway and Turkey can contribute to the Mission.

  Sosial Tədqiqatlar Mərkəzi(STM) son təhlilində 3-cü ölkənin “Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti” (CSDP) missiyalarında iştirakı ilə bağlı təcrübəyə toxunub. İndiyə qədər Aİ-nın CSDP missiyalarına 3-cü ölkə  olaraq 45 dövlət qoşulub, Kanada onların 1-də  iştirak edib.  3-cü ölkələrin təqdim etdiyi heyət 20 nəfərdən az olmalıdır-məntiqinə diqqət etsək,Kanada bu günlərdə təyin etdiyi 2 nəfərin sayını, missiya müddətinin uzadıldığı təqdirdə 20-yə qədər qaldırması ehtimal edilə bilər

 Kanadanın Xarici işlər naziri Melani Coli (Melanie Joly)rəsmi açıqlamasında yazıb: “Kanada  münaqişənin siyasi sülh yolu ilə dəstəkləməyə və Cənubi Qafqazda sabitliyin təmin edilməsinə sadiqdir. Regionda mövcudluğumuzu buna görə artırırıq. Bu gün Kanadanın Aİ-nin Ermənistandakı missiyasında iştirak edəcəyini elan edirik”. 


zahid1.jpg (33 KB)
zahid2.jpg (26 KB)

Hər şey 3 il əvvəl, Kanadanın: “Ermənistan Demokratiyasına dəstək” (Supporting Armenian Democracy) strategiyası ilə başlayıb

Kanadanın Ermənistana “müstəsna” diqqəti Vətən müharibəsindən sonra görünməmiş səviyyəyə çatıb. Bu “diqqətin dönüş nöqtəsi” Baş nazir Jastin Tryudonun təyin etdiyi, o zaman İqtisadi İnkişaf naziri olan Melani Colinin 2018-ci ildə Ermənistana səfəri olub. Müharibədən sonra qərara alınan “erməni demokratiyasına dəstək siyasətinin” məqsədi- məlum olduğu kimi, ümumilikdə regionda qlobal güclərin geosiyasi qarşıdurması çərçivəsində, sülh prosesinə hər vəchlə mane olmaq, Rusiyanı və Türkiyəni bölgədən sıxışdırıb çıxarmaq, yönündə dünya erməniliyinin “patoloji revanşizm”səfərbərliyini, eləcə də, Ermənistanı öz məqsədlərinə alət kimi görən Avroatlantik qüvvələrin, Fransa-Kanada əlbirliyində təfərrüatlarına qədər planlaşdırdığı və s. çoxşaxəli siyasətin addım-addım həyata keçirilməsindən ibarətdir.

Qeyd edək ki, Azərbaycanda indi gündəmə gələn Missiya hələ 3 il əvvəl başlayıb. Cəmi 8 ay işləyən Kanada Xarici işlər nazirinin başlatdığı Missiyalar hazırkı postmüharibə dövründə bölgədə Kanadanın görünməmiş fəallığının əsasını təşkil edir.Baxmayaraq ki, bu mövzu ölkəmizdə mediada adekvat reaksiya və gündəm olmayıb.

2021-ci ildə,Kanadanın sabiq-cəmi 10 ay(yanvar-oktyabr) Xarici işlər naziri olmuş, Mark Qarneau-Kanada Baş nazirinin “Aİ və Avropa üzrə xüsusi nümayəndəsi,Avropa İttifaqındakı xüsusi komissarı” Stefan DionunKanadanın erməni demokratiyasına necə dəstək verə bilməsinin yolları araşdırmaq üçün Xüsusi missiya” həyata keçirəcəyini bəyan edib. Stefan Dion- “Ermənistan üzrə Xüsusi nümayəndə/elçi təyin edilib.

zahid3.jpg (65 KB)

https://en.aravot.am/2021/06/26/285169/  

zahid4.jpg (76 KB)

https://www.international.gc.ca/country_news-pays_nouvelles/2021-07-07-armenia-armenie.aspx?lang=eng

Qatı ermənipərəst deputat, Kanadanın ilk 6 kosmonavtından biri, 2001-ci ildə Kanada Kosmik agentliyinin prezidenti olan Mark Garneau -2015-ci ildə Nəqliyyat, 2021-ci ildə isə cəmi  8 ay Xarici İşlər naziri olub. Bu 8 ayda sözü gedən qüvvələr “kosmonavt-nazirdən”, Jastin Tryudonun   vaxtından 2 il tez erkən seçki elan etməsi ilə bağlı ölkədə yaranan  hərc-mərclik və konyunkturadan, seçici səsləri faktoruna,erməni diasporun təzyiqinə və s. uyğun olaraq, edəcəklərini edib. Türkiyəyə hərbi texnika ixtracının qadağan edilməsi ilə bağlı qərar da bu “oyuncaq nazirin” qısa müddətli fəaliyyəti dövründə verilib.

zahid7.jpg (48 KB)

Erkən seçki nəticəsində M. Garneau kabineti ilə birgə buraxılır, indiki Melani Joli nazir seçilir. 8 aylıq “Kosmonavt-nazirin” tapşırığı ilə təyin edilən Stefan Dion cəmi 2-3 ay müddətinda sabiq nazirin missiya tapşırığına əsasən nəhəng fəaliyyət həyata keçirir və “Ermənistanda demokratiyaya dəstək” missiyası ilə bağlı J.Tryudonun yeni təyin etdiyi XİN -Melani Joliyə məruzə edir. https://www.international.gc.ca/transparency-transparence/armenia-armenie.aspx?lang=eng

Ermənistanla bağlı xüsusi missiya”adlı sənədlə tanış olarkən heyrətə gəlməmək mümkün deyil. Sənəd üzərində sanki qlobal erməni diasporu,beyin mərkəzləri çalışıb. Cəmi 2 aya Kanada XİN,xüsusi elçisinin keçirdiyi görüşlərin və dünyada tanınmış ermənilərin siyahısına baxmaq kifayətdir.(Bax:sonda Əlavə edilir)

Sənədin hər bəndi sözün əsil mənasında “dəhşət saçır”. Ermənistana siyasi himayə,qayğı və maddi yardımın misyası görünməmiş səviyyədə müəyyən edilib. Ən ağrılı məsələ-bu dəstəyin səbəbinin “Ermənistanın demokratik ölkə kimi qorunması ,bəslənməsi və inkişaf etdirilməsi”ilə bağlı absurd fikirdir. Əsas məqsədlərdən birinin Ermənistanda tezliklə səfirlik açılması olduğu vurğulanan sənəddəki bənd/maddələr bunu aşkar sübut edir.

Baş nazirin Avropa İttifaqı və Avropa üzrə xüsusi nümayəndəsi Stefani Dion-un Xarici İşlər Naziri, hörmətli Melani Coliyə məktub.Berlin, 6 aprel 2022-ci il

Hörmətli Xarici İşlər Naziri Mélanie Joli,

 Bildiyiniz kimi, 2021-ci il iyulun 7-də Xarici İşlər Naziri kimi sələfiniz, hörmətli Mark Qarneau, Baş nazir J.Tryudonun 2018-ci ildə Ermənistana səfəri nəticəsində qərara alınan erməni demokratiyasına dəstək siyasəti yönündə, Baş nazirin Aİ və Avropa üzrə xüsusi nümayəndəsi kimi mənə Kanadanın dəstəyinin artırılması variantlarını araşdırmaq missiyasını həvalə edilib. (bax: Əlavə 1).

Erməni Demokratiyasına dəstək.Kanadanın erməni demokratiyasını daha yaxşı dəstəkləmək variantlarını araşdırmaq missiyası kontekstində Xarici İşlər Naziri, hörmətli Melani Coliyə təqdim edilən Hesabat.6 aprel 2022-ci il

H.E. Stefan Dion, Baş nazirin Avropa İttifaqı və Avropa üzrə xüsusi nümayəndəsi

Mündəricat

  1. Erməni demokratiyasını dəstəkləmək üçün Kanada Strategiyası
  2. Ermənistanı kövrək demokratiya kimi prioritet bəyan edilməsi

III. Beynəlxalq inkişaf üçün tərəfdaşlarla ilə sıx əlaqələndirilməsi

  1. Ermənistanda parlament demokratiyasına dəstək
  2. Korrupsiyaya qarşı mübarizəyə dəstək
  3. İnsan Hüquqlarının Təşviqi

VII. Ermənistan Qeyri-Hökumət Təşkilatlarını dəstək

VIII. Davamlı inkişafa dəstək

  1. Kanada təcrübəsini Ermənistana gətirmək
  2. Kanadanın Ermənistandakı diplomatik fəallığını artırmaq

Nəticə

Əlavə 1 – Hörmətli Mark Qarneaudan mandat məktubu

Əlavə 2 – Kanada Hökumətindən kənarda görüş keçirilən şəxslər və təşkilatlar(qlobal erməni diasporu və Azərbaycan düşmənləri-red.)

Əlavə 3 – Ermənistanda arzu olunan Kanada təşəbbüsləri: alınan təkliflərin siyahısı

Əlavə 4 – Ermənistandakı xarici diplomatik nümayəndəliyin açılması

Əlavə 5 – Tövsiyələrin siyahısı

Hesabatla tanış olmaq hər bir Azərbaycanlı üçün önəmlidir,belə ki, burada dünya erməniliyinin yaxın və uzaq gələcək üçün planlaşdırdığı fitnəkar məqsədləri bir damla suda olduğu kimi öz əksini tapıb.Qeyd edək ki, Stefan Dion-un bu “bacarığı”dəyərləndirilir. O,Kanadanın  Fransada səfiri təyin edilir.Təbii ki, “Ermənistana dəstək”adlı qlobal geosiyasi kampaniyanın əsas qərargahı-Fransa olduğu üçün.

zahid8.jpg (78 KB)

Şəkildə,Bəxtiyar Hacıyevin də dəvət edildiyi, Fransanın təşkil etdiyi  “Dünya Demokratiya Forumu. Stefan Dion(soldan 1-ci), Aİ-da Komitə sədri kimi Missiya təşəbbüskarı: Natali Luazo və Kamal Qılıcdaroğlu

Stefan Dion Marsel erməni icma rəhbərləri ilə  görüşlərdə  çox olur:

zahid9.jpg (88 KB)

Ermənistan üzrə xüsusi nümayəndə Stefan Dion Erməni mediasında

zahid10.jpg (44 KB)

zahid11.jpg (42 KB)

Nazir Melani Joli:fantastik karyera yüksəlişinin pərdəarxası

Ötən 2022-ci ilin iyun ayında nazir Melani Coli Kanadanın “Mərkəzi və Şərqi Avropa və Qafqazlar da diplomatik fəallığının  genişləndirilməsi”ilə bağlı bəyanat verib.Sitat: “Transatlantik təhlükəsizlik beynəlxalq sabitlik üçün vacibdir. Rusiyanın Ukraynada qanunsuz və dəhşətli işğalı Avropada təhlükəsizlik və diplomatik mənzərəni dəyişdi və Kanada strateji şəkildə cavab verməlidir. Kanadanın avropalı tərəfdaşları ilə möhkəm münasibətlərinə əsaslanaraq, bu gün erməni demokratiyasını gücləndirməkdövrümüzün ən böyük təhlükəsizlik və diplomatik çağırışlarından bəzilərini həll etmək(!?) üçün bizə lazım olan alətlərə malik olmağımıza kömək edəcək. Böyük bir diplomatik güc olaraq Kanada bölgədə  yerləşməli, proseslərdən xəbərdar olmalı və bilavasitə məşğul olmalıdır”. (https://www.canada.ca/en/global-affairs/news/2022/06/minister-joly-announces-expansion-of-canadas-diplomatic-presence-in-central-and-eastern-europe-and-caucasus.html )

Xanım M. Joly Liberal partiyasından  Ahuntsic-Kartyeville seçki dairəsindən parlamentə  3 dəfə ardıcıl deputat, 5 dəfə isə müxtəlif nazir vəzifələrinə(!?) seçilib. (2015-ci il;2019;2021).2019-2021-ci illərdə: 2 ildə-3 nazir postuna təyin edilib. Parlamentdə Melani Joly: NATO PA üzvü kimi bu sahəni və Frankofoniya məsələlərini təmsil edib. 

Parlament seçkilərində Melani ilə birgə iştirak edən 2-ci əsas   namizəd də erməni Anna Simonyan olub.  Melani Joly-26.4% səslə, Anna Simonyan isə-11.1% səslə 2-ci yerdə seçkini başa vurublar. Necə deyərlər,şərhə ehtiyac yoxdur yaxud təfərrüatlı işlənən planlar ardıcıl həyata keçirilib.

Melani Colinin “ildırımsürıtli” karyera yüksəlişi

 https://www.ourcommons.ca/members/en/melanie-joly(88384)/roles

Vəzifələr

Başlanğıc ili

Sonu

 

Kanada Xarici işlər naziri/Minister of Foreign Affairs

Oktyabr 26, 2021

Hal-hazıra qədər

 

Kanada İqtisadi İnkişaf Naziri/Minister of Economic Development

Noyabr 20, 2019

Oktyabr 26,2021

 

Kanada Rəsmi Dillər Naziri/Minister of Official Languages

Noyabr 20, 2019

Oktyabr 26,2021

 

Kanada Turizm, rəsmi dillər və Frankofoniya Naziri/Minister of Tourism, Official Languages and La Francophonie

İyul 18,  2018

Noyabr  20, 2019

 

Kanada İrs Naziri/Minister of Canadian Heritage

Noyabr 4, 2015

İyul 18, 2018

 

Beləliklə, xanım Colinin fantastik karyera yüksəlişinin səbəbi bir tərəfdən erməni faktoru,digər tərəfdən isə Jastin Tryudo ilə yaxın münasibətlərinin olması olduğu qeyd edilir. Maraqlı məqam budur ki, təhlilin yazıldığı bu gündə-6 avqust 2023-cü ildə Kanada mediasında  J.Tryudonun həyat yoldaşından ayrılması, səbəbin isə, Melani Joly olması da   qalmaqallı xəbərə çevrilib.Sitat: “J.Trudeau və Sofi Gregoire ayrıldıqlarını elan edib. Xəbər çoxlarını şoka salıb, lakin cütlük dostluqlarının davam etdirəcəyini təsdiqləyib.”

(https://coopwb.in/info/justin-trudeau-getting-divorced-wife-name-melanie-joly-affairs-gay-rumours/  Justin Trudeau Getting Divorced: Wife Name, Melanie Joly Affairs, Gay Rumours)

zahid12.jpg (80 KB)

 Date

Data

Summary

2005

Justin Trudeau and Sophie Gregoire get married

The couple has three children together

2020

Rumors begin about Trudeau and Melanie Joly having an affair

Neither Trudeau nor Joly confirms or denies these rumors

2023

Trudeau and Gregoire announce their separation

The couple remains friends and hopes to maintain positive co-parenting

zahid13.jpg (33 KB)

zahid14.jpg (14 KB)

Melani Colinin siyasi olimpə erməni icması- erməni seçicilər gətirib

Xanım Colinin 2015-ci ildən  deputat seçildiyi  Ahuntsic-Kartyeville bölgəsi-erməni icmasının  kompakt yaşadığı ərazidir. Qeyd edildiyi kimi, Kanadada erməni diasporu 3-cü nəsli mövcuddur. “Ahuntsic”-anlayışı mənşəyini Kanadanın köklü hindu xalqları,Huron-İrokezlərdən alıb. Bu termin  “ermənilərin demokratiyasına dəstəyi” şüar edən bu günkü Kanadanın tarix boyu bölgənin xalqlarına qarşı soyqırım,etnik təmizləmə və assimilyasiya səyasətini ifşa edir. Hindularla təmaslara girən fransızlar  assimilyasiya-xristianlaşdırmaq məqsədi ilə missionerlər göndərir. Yerli xalqlar katolik xristianlara qarşı döyüşündə ölən xristianlara-Ahuntsik-ilk şəhidlər adı verilib.Minlərlə hindu əhalinin hazırda çox azsaylı nümayəndəsi qalıb.Onlar kütləvi qətlə yetirilib. Övladlarının, yüz minlərlə digər hindu xalqıları ilə birgə qapalı düşərgələrdə işgəncələr altında məhv olması, insanlığa qarşı cinayətlər törədilməsi Kanada tərəfindən rəsmi etiraf edlib. Bu yaxında uşaqların cəsədlərin ilə dolu kütləvi məzarlıqlar Kanadanın əsil simasını ortaya çxarıb.

 Melani Joly-nin fəaliyyətinə ötəri nəzər saldıqda belə, onun ermənilərin yaşadığı bölgədən siyasətə gəlməsini görmək asandır. Bütün fəaliyyəti  Kanada yaxud dünya erməni icması,qlobal erməni siyasi və xeyriyyə təşkilatları, diasporanın ağır çəkili fiqurları ilə təmaslarda keçib. Xanım nazirin “ermənidən çox ermənilik”etməsinin  bir səbəbi budur. Digər tərəfdən, yuxarıda qeyd edilən, Cənubi Qafqazda qlobal geosiyasi qarşıdurmalarda,avroatlantik layihələrin yürüdülməsi üçün “ABŞ-Kanada tandemində” icraçı-alət  qismində hərəkət edir.Məşhur: “Kanada-ərazi böyükdür,tarix isə çox kiçikdir”-deyimi məhz bununla izah edilə bilər..

Ardı var,

 zahid16.jpg (82 KB)

zahid15.jpg (82 KB)
zahid17.jpg (132 KB)
Şəkildə: 2018-ci il:  J.Tryudo ilə M.Colinin Ermənistana səfəri ilə başlayan qlobal geosiyasi  “Ermənistana müstəsna dəstək” missiyasının başlanğıc-dönüş nöqtəsi olub

zahid18.jpg (126 KB)

zahid19.jpg (83 KB)  zahid20.jpg (124 KB)
zahid21.jpg (33 KB)zahid22.jpg (109 KB)
Melani Coli  qlobal Ümumerməni Xeyriyyə təşkilatının(AGBU) davamlı qonağıdır. Görüşlər sonrası səslənən antiAzərbaycançı, Laçın dəhlizi ilə bağlı bəyanatlar siyasi korrupsiya münasibətlərinə işarə edir.

Nazir xanım bundan başqa gündəlik rejimdə qlobal erməni diasporu, “Böyük Ermənistan”-Fransadan təlimatlar alır. Son günlər diqqət etdikdə, Fransa və Kanada Laçın dəhlizi ilə bağlı artıq birgə sinxron açıqlamalar verir,dünyaya çağırışlar edir.

zahid24.jpg (58 KB)

Ermənilərin və Azərbaycanda 5-ci kalonun qlobal vəkili-Amal Kluninin mısləhətləri də icra edilir
Ermənistanla bağlı xüsusi Missiya yaradan sabiq nazir Mark Qarnea və Amal Kluni

zahid25.jpg (91 KB)

zahid26.jpg (65 KB)

zahid27.jpg (84 KB)

zahid28.jpg (54 KB)

zahid29.jpg (50 KB)

Nazir ermənistanın Kanadadakı səfiri ilə

zahid30.jpg (26 KB)zahid33.jpg (39 KB)

Diqqəti xüsusi cəlb edən daha bir məqam-Melani Joly-nin erməni Apostol kilsənin rəhbərini – Dünya Kilsələr Şurasının 3-cü dəfə sədri seçilən İ Aramı  öz lideri kimi dərin sayğı ilə təqdim etməsi, diplomatik qeyri/korrekt hərəkət etməsi, erməni diasporuna  aşkar təzim edtməsidir.

zahid31.jpg (49 KB)

Sosial şəbəkələrdə çoxsaylı izləyici şərhləri isə Liberal partiyanın siyasi korrupsiyalı siyasət yürütdüyünü aşkar göstərir.

zahid32.jpg (30 KB)

 "Kanada" sözünün mənşəyinin, etnik təmizləmə və assimilyasiyaya məruz qalmış  yerli/köklü xalqların, hindu Huron-irokezlərin dilində:”kanata”- "kənd, qəsəbə" mənalı sözdən olması qeyd edilir.// https://natural-resources.canada.ca/earth-sciences/geography/origins-canadas-geographical-names/origin-names-canada-and-its-provinces-and-territories/9224   

 

Tahirə Allahyarova, STM İdarə heyətinin üzvü, professor
eerererer.jpg (59 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR