İnsanlara hürriyət, millətlərə istiqlal!

Jerom Lamber: “Azərbaycana qarşı irəli sürülən ittihamlar öz təsdiqini tapmayıb”

“Fransadakı erməni icması Ermənistanı müdafiə etmək məqsədilə Azərbaycana qarşı hücumlar və tənqidlər edir”.

Bunu Fransa Milli Assambleyasında (Parlament) Xarici İşlər üzrə Komissiyasının və Fransa-Azərbaycan Dostluq qrupunun üzvü, deputat Jerom Lamber “Report“un Qərbi Avropa bürosuna açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycan - Ermənistan münaqişə vəziyyətindədir və Ermənistan Fransada erməni diasporu vasitəsilə yaxından təmsil olunur: “Fransada erməni icması Ermənistan və onun mövqeyini müdafiə etmək üçün geniş təbliğat-təşviqat işi aparır. Hesab edirəm ki, Fransa mətbuatında Azərbaycanın imicinin pis olmasına səbəb erməni icmasının Ermənistanı müdafiə etmək məqsədilə Azərbaycana qarşı etdiyi hücumları və əsassız tənqidləridir. Hamısı yox əlbəttə, bəzi ermənilərin yaydığı yalan informasiyalar ucbatından Azərbaycanın Fransa mətbuatında imicinə hücumlar olur”.

Deputat bildirib ki, hətta Azərbaycan və hökumətinə qarşı konkret ittihamlar da irəli sürülüb ki, bu səbəbdən hətta Fransa Milli Assambleyasında 30-a yaxın deputatdan ibarət axtarış (tədiqat) kommissiyası yaradılıb: “Mən də bu komissiyanın üzvü idim. Bu 2015-2016-cı illərə təsadüf edirdi. Azərbaycanı Fransada jurnalistlər, deputatlarla əlaqələrdə düzgün olmayan metodlardan istifadə etməkdə günahlandırırdılar. Hətta korrupsiya hallarınının olması kimi ittihama belə ət atmağa çalışmışdılar. Uzun araşdırmaların nəticəsində sözügedən komissiya hesabat hazırladı. Hesabatda açıq-aydın bildirilir ki, Azərbaycana qarşı irəli sürülən ittihamlar öz təsdiqini tapmayıb, bu ittihamlar əsassızdır. Bu hesabat bu gün də Fransa Milli Assambleyasının internet saytındadır. Azərbaycana və hökumətinə qarşı irəli sürülən ittihamların yalnız böhtan olduğu sübuta yetirilib”-deyə, J. Lamber vurğulayıb.

 

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2019

BÜTÜN XƏBƏRLƏR