İnsanlara hürriyət, millətlərə istiqlal!

İvanyanın arzusu: Azərbaycan vətəndaşlığı almaq istəyən ermənilərə necə dəstək olaq?

790 14.01.2023 10:52 Gündəm A A

Aqil Abbas: “İnanmıram bu müraciətlər kütləvi hal alsın, nə qədər ki, separatçı rejimdən qorxu qalır...”

“Azərbaycan vətəndaşı olmayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs vətəndaşlıq almaq üçün müraciət etmək istəyirsə, o, qanuni əsaslarla fasiləsiz şəkildə 7 ildən artıq Azərbaycanda yaşamalıdır. Əvvəl müvəqqəti, sonra 5 illik müddətində daimi yaşama icazəsi almalıdır. İkinci 5 illik yaşama icazəsi alandan sonra isə həmin şəxs vətəndaşlıq üçün müraciət edə bilər”.

“Yeni Müsavat” xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib. Azərbaycan vətəndaşlığı almaq üçün hansı addımlar atmalı olduğunu soruşan erməni haqda isə Dövlət Miqrasiya Xidmətindən bildirilib: “Adi şəxslərdə bu, yuxarıda qeyd olunan kimi olsa da, bu şəxsin məsələsi fərdi yanaşma tələb edir. Vəziyyəti nəzərə alsaq, onun vətəndaşlıq üçün müraciət etmək hüququ var. İcazə verildiyi təqdirdə, onun məsələsinə baxılacaq. Bu da qanunda nəzərdə tutulmayan istisna haldır”.

Təqaüdlərin artımı ehtiyatda olan zabitlərə niyə şamil olunmadı? – Üzeyir  Cəfərov “Çətin sual"da - YouTube

Üzeyir Cəfərov

Qeyd edək ki, istefada olan polkovnik Üzeyir Cəfərov canlı yayımda olarkən Qarabağda yaşayan erməni əsilli şəxs Lusiya İvanyan Azərbaycan vətəndaşlığı almaq üçün hara müraciət edə biləcəyini soruşub.

Yeri gəlmişkən, Prezident İlham Əliyev yanvarın 10-da yerli telekanallara müsahibəsində Qarabağdakı erməni əhali ilə bağlı danışarkən deyib ki, Azərbaycan bayrağı altında yaşamaq istəyənlər üçün şərait yaradılacaq və kim vətəndaşlığı qəbul etmək istəmirsə, yol açıqdır, çıxıb gedə bilər.

Yada salaq ki, keçən ilin yayında İşxan Verdiyan və Vahe Qəmbəryan Azərbaycan vətəndaşlığı almaq üçün Prezident İlham Əliyevə müraciət etmişdi. Demokratiyadan, insan haqlarından dəm vuran Ermənistan adlı saxta dövlətin Baş Prokurorluğu isə buna görə onlara qarşı cinayət işi açmışdı. Ümumiyyətlə, Azərbaycan vətəndaşı olmaq istəyən ermənilərə, - istər Qarabağda yaşasın, istərsə yaşamasın, - necə kömək etməli?

Aqil Abbas: "Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur", General-mayor Polad  Həşimovun adına Qəbələdə küçə - BBC News Azərbaycanca

 Aqil Abbas

Deputat Aqil Abbasın qəzetimizə bildirdiyinə görə, ermənilərdən kim rəsmi qaydada müraciət edərsə, yəni sözlə yox, təbii ki, baxıla bilər: “Prezidentin ona vətəndaşlıq verib-verməməsi onun səlahiyyətindədir. Əgər həmin erməni cinayətkar, separatçı, quldur deyilsə, vətəndaşlıq ala bilər. Amma inanmıram ki, bu müraciətlər kütləvi hal alsın. Onlar elə zəhərləniblər, indi Vardanyan da pul buraxır, nə istəyir edir, silahlı qüvvələri var, arxayınlaşıblar. Amma Prezident açıq şəkildə xəbərdar etdi ki, vətəndaşlığı istəməyən gedə bilər. Məncə, əksəriyyəti çıxıb gedəcək”.

A.Abbas xatırladı ki, 1990-cı illərdə ermənilərin kolxoz sədrləri, deputatları, sosialist əməyi qəhrəmanları Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibova müraciət etmişdi. “Deyirdilər ki, gəlin bizi onların əlindən alın. Həmin müraciət Xalq Cəbhəsinin Ağdam sədri Eldar Bağırovda da var idi. Eldar Bağırov həmin müraciəti qaldıracaqdı, amma bir gün qabaq onu öldürdülər ki, yayılmasın. Sonra müraciət ermənilərin əlinə keçdi və imza atanların hamısını güllələdilər. Ona görə indi erməni əhalisində separatçı rejimdən qorxu hissi var. İlk növbədə sülhməramlılar erməni silahlı dəstələrini çıxarmalıdır, Qarabağın dağlıq bölgəsinə azərbaycanlılar qayıtmalıdır, dil tapmalıdırlar ki, dediyiniz problemlər həllini tapsın. Faktiki üstündən 30 ildən çox vaxt keçib, hər iki tərəfdə nifrət var. Biz sülh istəyirik, amma qorxuram ki, ermənilər tökülüb Bakıya gəlsin. Yadımdadır ki, o vaxt bir erməni qadın gəldi, sonra Binəqədi rayon Məhkəməsində iddia qaldırıb evini tələb etdi. Yəni belə risklər ola bilər”.

Yeri gəlmişkən, erməni deputat Qarabağda 40 min erməni olduğunu bəyan edib. Hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Vigen Xaçatryan deyib ki, separatçılarla Bakı arasında dialoq zəruridir. Bu faktın özü göstərir ki, Qarabağda 120 min erməni yaşaması haqda deyilənlər cəfəngiyatdır. 40 min erməniyə isə hər hansı muxtariyyət vermək absurd olardı. Ölkədə sayca ermənilərdən qat-qat çox olan digər etnik xalqlar var ki, Azərbaycan onlara belə status verməyib. Ona görə 40 min erməni içərisində saf-çürük edib “salamatlarını” çıxarsaq, vətəndaşlığa razılaşsalar, bölgədə yaşaya bilərlər. Əks halda, yol açıqdır...

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR