İnsanlara hürriyət, millətlərə istiqlal!

İtkin düşmüş alman iş adamı Novak axtarışa veriləcək

367 05.06.2024 12:21 Dünya A A

Beş il müddətinə azadlıqdan məhrum edilmiş və itkin düşmüş alman investor Ralf Novak bu gün penitensiar xidmətə xəbər verməsə, axtarışa verilə bilər.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə onun vəkili Konstantin Elfimov bildirib.

Hazırda iş adamının harada olması barədə məlumat yoxdur. Bildirilir ki, o, Almaniyanın Moskvadakı səfirliyinin ərazisində sığınacaq tapmağa çalışıb, lakin diplomatlarla saatlarla davam edən danışıqlar heç bir nəticə verməyib və o, öz istəyi ilə səfirlikdən çıxıb.

Daha sonra “Singular CIS”-in rəhbəri Novakın vəkilləri hökmün elanına gəlmədiyi üçün onunla əlaqə saxlaya bilməyiblər.

Xatırladaq ki, iyunun 3-də Moskvanın Tuşinski məhkəməsi “BelkaCar” avtomobil paylaşma xidmətinin səhmlərini oğurladığına görə alman investora 5 il həbs cəzası kəsib və onu 800 min rubl məbləğində cərimələyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR