İnsanlara hürriyət, millətlərə istiqlal!

İti xəstələndiyinə görə “Qarabağ”la oyuna gəlməyəcək

792 17.07.2022 13:50 İdman A A

“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Sürix”in prezidenti Ançillo Kanepa Bakıya gəlməyəcək.

Musavat.com Qol.az-a istinadla xəbər verir ki, Kanepa itinin əməliyyat olunduğuna görə “Sürix“in səfər matçına gedə bilməyəcək.

Kanera bununla əlaqədar deyib: “Mən evdə qalacam. İtlərimdən biri belindən əməliyyat olunub. İstəmirəm ki, başqa adam ona günlərlə baxsın. Mən onun yanında olmaq istəyirəm. Ona görə də Bakıya səfər etməyəcəm”.

Qeyd edək ki, “Qarabağ” – “Sürix” oyunu iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR