İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçli xanım rəssam Bakıda qalmaqallı rəsmi hansı məqsədlə çəkib?

4764 30.09.2019 20:32 Gündəm A A

Bu günlərdə Bakıda qadın azadlığı festivalı çərçivəsində binaya çəkilən transgender qadın şəkli böyük qalmaqala, sosial şəbəkələrin müzakirə obyektinə çevrildi.  Belə ki, "Maiden Tower. To Be a Woman” (“Qız Qalası. Qadın olmaq") müasir incəsənət festivalı çərçivəsində isveçli küçə-art rəssam Karolina Falkholtun Bakıdakı yerli kombinatların birində çəkilən əsəri yerli sakinlərin heç də ürəyincə olmayıb. 3-cü mikrorayon ərazisində çəkilən çılpaq “qadın” rəsmi sakinlərin etirazından sonra rənglənib. Paytaxt sakinlərindən bir qrupu bununla bağlı yerli polis şöbələrinə də müraciət də edib.

Sosial şəbəkələrdə isə müzakirələr iki hissəyə ayrılıb. Əksəriyyət çəkilən muralın həddən artıq açıq-saçıq olduğunu, bu səbəbdən bəzi yerlərinin boyanmasını dəstəkləyir, bu cür rəsmlərin Azərbaycan dəyərlərinə zidd olduğunu qeyd edir, bir qism isə rəsmin silinməsini  müasir sənətə qarşı vandalizm aktı hesab edir. 

Bəs adı çəkilən festival hansı məqsəd daşıyıb? 

Festival ilə bağlı yayılan məlumatda bildirilir ki, festivalın əsas mövzusu Azərbaycan qadınının azadlığının 100 illiyi ilə bağlı olub və dünyada qadınların roluna dəstək xarakteri daşıyıb. Həmçinin festival gender bərabərliyini çağdaş sənət prizmasından inkişaf etdirmək ideyası sovet dövrünün yaradıcı platformasını - Azərbaycan Rəssamlar İttifaqının Bədii İstehsalat Kombinatını öz şedevrləri ilə bəzəyən azərbaycanlı və xarici rəssamları birləşdirib. Fırça ustaları artıq tərk edilmiş və heç kəsə lazım olmayan binaya ikinci həyat bəxş ediblər. Rəssamlar "Maiden Tower. To Be a Women" (Qız Qalası. Qadın olmaq) Müasir İncəsənət Festivalı çərçivəsində öz rəsmlərini təqdim ediblər. Festivalı 17-27 sentyabr tarixlərində Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyi Avropa Ittifaqına üzv dövlətlərin səfirlikləri və yerli tərəfdaşları ilə birlikdə Bakı şəhəri və regionlarda təşkil edilib.

Художник Эмиль Меджнунов

Emil Məcnunov

Beləliklə, əsas məqsəd yaradıcılıq yolu ilə gender bərabərsizliyi probleminə diqqət çəkmək və bütün dünyanın diqqətini qadın hüquqlarına yönəltmək olub. Festivalın təşəbbüskarı və müəllifi məşhur azərbaycanlı rəssam Səbinə Şıxlinskaya, direktoru Könül Rəfiyevadır. Kombinatın divarlarını Karolina Falkolt (İsveç), Salomei Bauer (Gürcüstan), eyni zamanda azərbaycanlı rəssam və qrafika ustaları İrina Eldarova, Samirə Salahova, Bütünay Haqverdiyev, Orxan Qarayev, Aygün Həsənova, Azər Məmmədli, Əli Əkrəm, Emil Məcnunov, Sabit Zamanov öz rəsmləri ilə bəzəyiblər. Bakıdakı Avropa liseyinin şagirdləri olan gənc fırça ustaları da öz istedadlarını nümayiş etdiriblər. Öz ideyalarını həyata keçirməkdə rəssamlara Azər Məmmədov kömək edib.

Художница Ирина Эльдарова

İrina Eldarova

İsveçli rəssam Karolina Falkolt kimdir? 

Qeyd edək ki, Karolina Falkolt  1977-ci ildə Hötenburqda anadan olub. O,rəssam, yazar və musiqiçidir. Onun binaların divarlarında yaratdığı sənət əsərləri nəinki öz ölkəsində, hətta inkişaf etmiş ölkələrdə belə qalmaqala səbəb olur, bir çox hallarda silinir. Məsələn, 2017-ci ilin dekabr ayında Nyu Yorkda, “Broome Street 303”msaylı binaya 40 metrlik kişi cinsi orqanın şəklini çəkməsi böyük qalmaqala səbəb olmuşdu. Bina sakinərinin şikayətlərindən sonra bina sahibi həmin əsərin üzərindən boya çəkdirib.

İsveçli rəssam Carolina Falkholt ile ilgili görsel sonucu

Karolina Falkolt 

Rəssam Azərbaycana isə ilk dəfə gəlib. Bu səfəri ilə bağlı rəssam müsahibələrinin birində qeyd edib:

“Festivalın mövzusu mənə çox yaxındır, ona görə də mən qərara gəlmişəm ki, təkcə transgenderi çəkərək ona münasibətimi bildirə bilərəm. Mən bu işi ilk dəfə Bakıda çəkmişəm. Onu çəkmək üçün mənə üç gün vaxt lazım gəlib. Mən hesab edirəm ki, rəssamlar xoşlarına gələni yaratmalıdırlar, və buna görə onları tənqid etmək və əzmək olmaz. Bilmirəm bakılılar mənim əsərimi necə qarşılayacaqlar, amma ümid edirəm ki, onlar razı qalacaqlar”.

Rəssam növbəti dəfə Bakıya qayıtmaq, azərbaycanlı həmkarları ilə yaxından tanış olmaq və onlarla birgə layihələr həyata keçirmək niyyətindədir. Lakin qeyd olunduğu kimi, onun çəkdiyi rəsm əsəri Azərbaycanda da qalmaqala səbəb oldu. 

rəssam Səbinə Şıxlinskaya ile ilgili görsel sonucu

Festivalın təşəbbüskarı və müəllifi olan rəssam Səbinə Şıxlinskaya 1News.az saytına danışaraq, olaya bu cür münasibət bildirib:

“Adətən bu cür divarlara çəkilən incəsənət əsərləri 7 gün sonra silinir. Gələcəkdə bu və ya digər işin fabrikin divarlarından yox olacağını bilirdik. Karolina Falkholta gəldikdə, o, bu əsəri texniki cəhətdən yaxşı işlənmişdi və  işi dərhal diqqət mərkəzinə çevrildi”.

Təşkilatçının sözlərinə görə rəssama əvvəlcədən xəbərdarlıq olunub:

“Bu sənətçi işindəki qalmaqallı və təxribatçılığı ilə dünyada tanınır. Buna görə də əvvəlcədən işinin cəmiyyət tərəfindən qəbul edilməyəcəyi barədə xəbərdarlıq etdik”.

Səbinə Şıxlinskaya ətrafda yaşayan sakinlərin polisə müraciətindən sonra rəsmi boyadığını deyib:

“Sakinlərin çoxsaylı şikayətlərindən sonra, isveçli rəssamın əsərinin qorunması üçün son anda mübarizə apardım və qismən boyamaq qərarına gəldim”.

Qeyd edildiyi kimi, qalmaqallı rəsm ətrafında cəmiyyətdə çoxsaylı müzakirələr başladılıb. 

Hazırda Avropada yaşayan Azərbaycanın tanınmış bəstəkarı və kulturoloqu Elvin Mirzoyev video vasitəsi ilə olaya münasibət bildirib, cəmiyyətdə mövcud olan tabular haqda danışıb:

Gənclər sual verir ki, niyə bu tabuları yıxa bilmirik? Azad olmaq istədiyin zaman qarşında müəyyən dəyələr görünür. Bu dəyərlər haradan qaynaqlanır? Bu gəncliyin suallarıdır.

Karolinanın rəsminə qarşı münasibət eyni prosesin halqalarıdır. Əslində bizim cəmiyyətdə mövcud olan partiaxal tabular, kişi arxitipi semetik əfsanələrdən qaynaqlanmış İbrahimi dinlərin ehkamındandır. Həmin o kişi İbrahimi dinlərin ehkamı kimi bizimlə danışır, əmr edir, həyatımızı tənzimləyir. O qorxunc kişi həmin semetik əfsanələrin personajıdır. Bu qorxunc presonaj beşikdən qəbirə qədər olan ömür üçün sənə qanunlar verir, bildirir ki, “belə bir tabular sənin xilasın üçündür, seksual məsələlərə bağlı tabular bizim əlimizdədir” və sairə. Bu əslində cəmiyyəti idarə etmək üçün gözəl bir alətdir. Cinsiyyət orqanlarından utanc hissi İbrahimi dinlərdə olan əfsanədən irəli gəlir, hansı ki, biz onu, yəni Adəm və Həvva ilə bağlı əfsanəni hər birimiz bilirik. Əfsanədə deyilir ki, Adəm və Həvva cənnətdə xoşbəxt yaşayır. Lakin bir gün ilan zəhərli almanı gətirir, Həvva nənəmiz onu gətirir və birlikdə yeyirlər, sonra isə dəhşət içində ayılırlar ki, bunlar qadın və kişidir və bundan utanc hissi keçirirlər. Bu utanc hissi məhz İbrahimi dinlərin ehkamıdır. Başqa mifologiyalara baxdıqda görürük ki, bunlar yoxdur. Məsələn, qədim yunan Allahları insanabənzər məxluqlar idi. Amma seksual məsələlərdə tabular yox idi. 

Bununla da bizim cəmiyyətdə, ümumi bu coğrafiyada mövcud olan patriaxal tabular həmin o ehkamlardan qaynaqlanır. Tabuları mümkün qədər çox qırın. Siz haqlısız gənclər, siz istəklərinizi, həyatınızı istədiyiniz kimi qurmaq haqqı var”.

Yazıçı-kulturoloq Aydın Xan Əbilov ile ilgili görsel sonucu

Yazıçı-kulturoloq Aydın Xan Əbilov isə mövzu ilə bağlı “Yeni Müsavat”a danışaraq qeyd edib:

Azərbaycan artıq dünyanın inkişaf etməkdə olan ölkələrindən birinə çevrilməkdədir. Həm Asiyanın, həm də Avropanın, Şərq və Qərbin sərhədidir. Bununla da dünyada mövcud olan iqtisadi, sosial, mədəni, incəsənət, ədəbiyyat, texnalogiyalar, janrlar istər-istəməz Azərbaycana da da təsir edəcək. 

İsveçli rəssamın rəsm əsərinin boyadılması mənim də qınağıma səbəb oldu. Ya həmin rəssamı dəvət etməməli idik, ya da  dəvət etmişiksə yaradıcılığına hörmətlə yanaşmlı idik. 

İnsanların estetik düşüncəsini korlamaq nə dərəcədə düzgündür? Təşkilatçıların da bu məsələdə məsuliyyəti var. Həmin rəssamı dəvət edəndə əvvəlcədən mental dəyərlər barədə xəbərdarlıq etməli idilər.

Belə çıxır ki, onda müxtəlif dövrlərdə incəsənətdə insanın olduğu kimi təsvir edilən rəsmləri Azərbaycanda qadağan edək. Bu yolverilməz bir məsələdir. Biz ayırd etməliyik, ya inkişaf edən, ya da geridə qalmış Afrika ölkəsi olaq.

Onda gəlin interneti də qadağan edək. Hansı ki, internet resurslarında çoxlu sayda pornoqrafik saytlar var. 

Beləliklə, bu mübahisəli məsələdir. İncəsənət sərhəd tanımır. Əgər incəsənətə sərhəd qoyulursa, insanlar bu və ya digər şəkildə daha kəskin, radikalcasına formalar taparlar”.

gənc rəssam Orxan Qarayev ile ilgili görsel sonucu

Festivalda iştirak edən gənc rəssam Orxan Qarayev də mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Festivalın adı məlumdur – “Qadın olmaq”. Burada konsepsiya rəssamlıq kombinatına qayıdış etmək, həm də qadınları ora qaytarmaq məqsədi daşıyırdı.  Bildiyiniz kimi Sovet dövründən sonra həmin kombinat tamamilə fəaliyyətsiz hala gəlmişdi və orada sivil həyat baş vermirdi. Yəni, incəsənət buradan tamamilə köçmüşdü. Amma əvvəllər belə deyildi. Orada qadınlar işləyir, xalçaçılıqla, keramika ilə məşğul olurdular.  Həqiqətən də qadın olan yerdə mədəniyyət də inkişaf edir. Konsepsiya da bundan ibarət idi ki, ki rəssamlar orada qadın obrazını göstərsinlər. Bəlkə də bu fikrim kiminsə xoşuna gəlməyə bilər, amma incəsənət tam azad şəkildə hər kəsə çatdırıla bilər”.

Orxan Qarayev isveçli rəssamın rəsminə də münasibət bildirib: “Mən buna nə neqativ yanaşıram, nə də qabartmıram. Rəssamın işi o idi ki, öz potensialını, istedadını göstərsin. Bu işi niyə bu günə saldılar? İstedad onsuz da qalmalı deyil. Ola bilər ki, divara çəkilən rəsm ya yağışdan sonra, ya da kim tərəfindənsə silinsin. Yəni istedadın ifadəsi də, cavabı da budur.

Karolinanın  işi qaralanandan sonra sosial şəbəkələrdə qeyd edilən insanların şərhlərini oxudum. Çox da məyus oluram ki, insanlar  informasiya almamış məsələyə rəy bildirirlər. Halbuki İ əvvəlcə öyrənməli idilər ki, festival nə üçün yaranıb, məqsədi nədir? Heç olmasa rəssamın haqqında maraqlanmaq olardı. Analiz etməyə isə heç kəs həvəs göstərmir”.

 

Gənc rəssam kombinatdakı öz rəsmindən də söz açıb:

“Mən “Adəm və Həvva” çəkmişəm. Çəkdiyim rəsm də xoş qaşrılandı, neqativlik olmadı”. 

Bir çox müşahidəçilər isə hesab edir ki, əks oluna rəsm heç də gender bərabərliyini əks etdirmir, bu, trensseksualizmi daha çox simvolizə edir. Azərbaycan cəmiyyəti isə bu məsələlərdə ənənəvi olaraq sərt mövqelidir. 

Xalidə Gəray,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR