İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçdə Şuşa ilinə həsr edilən beynəlxalq futbol turniri keçiriləcək

418 08.07.2022 13:49 İdman A A

Bu ilin oktyabr ayının 21, beynəlxalq 22 və 23-də İsveçin paytaxtı Stokholm şəhərində İsveçdə fəaliyyət göstərən beynəlxalq təşkilatlar və birliklər arasında Şuşa ilinə həsr edilən SUSA FM 2022 futbol turniri keçiriləcək.

Musavat.com oxuməni.az-a istinadən xəbər verir ki, futbol turnirinin əsas təşkilatçıları Azərbaycanın İsveçdəki səfirliyi, Stokholm Birləşmiş İdman Akademiyası-Stockholm United Sport Academy, İsveçdə yaşayan hörmətli və tanınmış məşqçi Rüfət Əhmədov, İsveçdəki Azərbaycan diasporu və onun sədri Emil Mirzəyev, həmçinin Azərbaycan futbolunun məşhur simalarından olan İqor Ponomaryovdur.

Beynəlxalq futbol turnirində dünyanın 16 ölkəsindən, o cümlədən Argentina, Azərbaycan, Braziliya, Fransa, Qambiya, Yunanıstan, İtaliya, Qazaxıstan, Konqo, Xorvatıstan, Marokko, Nigeriya, Serbiya, İsveç, Tunis və Uruqvaydan olan futbol komandalarının iştirak edəcəyi gözlənilir. Futbol turnirinin Azərbaycandakı informasiya dəstəyi Oxuməni qəzeti və Oxuməni.az saytıdır.

 

İsveçdə yaşayan soydaşımız, tanınmış futbol məşqçisi Rüfət Əhmədov, Stockholm United Sport Academy Oxuməni.az-a verdiyi açıqlamasında deyib ki, beynəlxalq futbol turnirini keçirməkdə əsas məqsəd Azərbaycan mədəniyyətinin beşiyi hesab edilən Şuşa şəhərini beynəlxalq aləmdə daha da tanıtmaq və təbliğ etməkdir. Onun sözlərinə görə hazırda beynəlxalq turnirə hazırlıq gedir və təşkilatçılar onun ən yüksək səviyyədə, əziz Şuşamızın adına layiq keçirilməsi üçün əllərindən gələni edəcəklər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR