İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveç Gotland adasını Rusiyadan qorumaq əzmindədir

528 12.03.2024 15:31 Dünya A A

İsveçin baş naziri Ulf Kristersson “deyib ki, o və NATO tərəfdaşları “Qotland adasını Rusiyadan qorumaq” qərarına gəliblər.

Musavat.xom xəbər verir ki, baş nazir bu sözləri “Financial Times” qəzetinə müsahibəsində dilə gətirib.

"Gotland həmişə vacib olub. Bu, NATO daxilində müzakirə olunacaq çoxlu mövzulardan biri olacaq", - o, təfərrüatları paylaşıb.

Kristersson etiraf edib ki, İsveçin Qotlandda yalnız "kiçik" hərbi mövcudluğu var və blokun Şimali Avropadan və Baltik ölkələrindən olan liderləri bunu NATO-nun zəif yeri kimi ardıcıl olaraq qeyd edirlər.

İsveç baş nazirinin sözlərinə görə, ölkənin resurslarının istifadəsi və ən çox nəyə diqqət yetirilməsi ilə bağlı kifayət qədər çox məsələlər var.

Kristersson qeyd edib ki, İsveç hərbçilərinin Qotlandda mövcudluğunu artırmaq və sualtı qayıqların yerləşdirilməsindən danışmaq olar.

Gotland İsveçin ən böyük adasıdır. Bu ada Rusiyanın Baltik donanmasının qərargahının yerləşdiyi Kalininqraddan təxminən 330 km məsafədədir.

Rusiya prezidenti Vladimir Putin izah edib ki, Moskva NATO üzvü olan ölkələrə hücum etmək fikrində deyil. Eyni zamanda Rusiya lideri bildirib ki, Qərb dövlətləri Rusiyanın strateji məğlubiyyətinin mümkünsüzlüyünü dərk etməyə başlayıblar, ona görə də gələcək addımlar barədə düşünməlidirlər.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR