İnsanlara hürriyət, millətlərə istiqlal!

İsti hava şəraitinə görə polislərin fasiləsiz xidməti təşkil edildi - Fotolar

485 09.07.2023 19:59 Son xəbər A A

Bu gün isti hava şəraiti ilə əlaqədar paytaxt sakinlərinin çimərliklərə kütləvi gedişi nəzərə alınaraq Daxili İşlər Nazirliyi tərəfindən polis əməkdaşlarının fasiləsiz xidməti təşkil edilib.

Bu barədə Musavat.com-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ictimai qaydanın və ictimai təhlükəsizliyin təminatı məqsədilə xidmətə əlavə canlı qüvvə çıxarılıb. Bütün çimərliklərə gedən yollar üzrə hərəkətin fasiləsizliyi təmin olunub, çimərliklərə naryad qrupları təhkim olunub.

Köməyə ehtiyacı olan şəxslərə çağırışılar üzrə operativ köməkliklər göstərilib, müfaviq dövlət qurumları ilə əlaqəli fəaliyyət icra edilib. Hazırda xidmət davam etdirilir.










Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR