İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda OANA-nın konfransı keçirilir

326 23.10.2023 11:43 Siyasət A A

Oktyabrın 23-də İstanbulda Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) konfransı keçirilir.

“Xəbər agentliklərinin dezinformasiya ilə mübarizə sahəsində əməkdaşlığı” mövzusunda keçirilən konfransda AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev də iştirak edir.

Tədbirdə çıxış edən Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, Türkiyənin Anadolu Agentliyinin rəhbəri Serdar Karagöz, OANA-nın prezidenti və İRNA-nın icraçı direktoru Əli Naderi bildiriblər ki, OANA-nın builki konfransının mövzusunu müəyyən edərkən dezinformasiyaya və onunla mübarizə strategiyalarına diqqət yetirilib.

Oksford Universitetinin 2018-ci ildə 37 ölkədə apardığı araşdırmaya görə, Türkiyə 49 faizlə dezinformasiyaya ən çox məruz qalan ölkədir.

Asiya-Sakit okean ölkələrinin də dezinformasiyaya çox məruz qaldığı müşahidə edilir. Bu səbəbdən builki konfrans üçün “Xəbər agentliklərinin dezinformasiya ilə mübarizə sahəsində əməkdaşlığı” mövzusu seçilib.

Anadolu Agentliyi barədə məlumat verən Serdar Karagöz rəhbərlik etdiyi qurumun 103 il əvvəl Türkiyənin Qurtuluş Savaşı zamanı Anadoludakı işğalçı qüvvələrə qarşı mübarizəni dünyaya çatdırmaq üçün yaradıldığını bildirib. Qeyd edilib ki, bu gün 13 dildə nəşrləri, 1800 işçi heyəti və 39 ölkədə ofisləri ilə Anadolu Agentliyi həm bölgənin, həm də dünyanın gündəmini təyin edən xəbər agentliklərindən biridir.

Tədbir panel iclaslarla davam etdirilib.

“Dezinformasiya ilə mübarizədə xəbər agentlikləri üçün əməkdaşlıq sahələri” mövzusunda paneldə AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin çıxışı nəzərdə tutulub.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR