İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda kilsəyə silahlı hücum - Roma Papasından  AÇIQLAMA

1004 28.01.2024 18:00 Region A A

Bu gün səhər saatlarında İstanbulun Sarıyer məhəlləsindəki İtalyan “Santa Maria” Latın Katolik Kilsəsinə bazar günü ayini zamanı iki nəfər hücum edib.

Musavat.com bu barədə Türkiyə mediasına istinadən bildirir.

Daxili İşlər Naziri Əli Yerlikayanın "X" sosial şəbəkə platformasında verdiyi açıqlamaya görə, iki maskalı şəxsin həyata keçirdiyi hücumda bir vətəndaş həyatını itirib.

Nazir Yerlikaya hücumun yerli vaxtla 11.40 radələrində həyata keçirildiyini və Sarıyer Büyükdere rayonunda mərasimə qatılmaq üçün orada olan C.T.-nin həyatını itirdiyini açıqlayıb.

Türkiyənin daxili işlər naziri hücumla bağlı araşdırmalara başlanıldığını bildirib.

“Biz bu alçaq hücumu qınayırıq" deyən nazir məsələ ilə bağlı genişmiqyaslı araşdırmanın və hücum edənlərin tutulması üçün işlərə başlanıldığını açıqlayıb.

Ədliyyə naziri Yılmaz Tunç hücumla bağlı açıqlamasında İstanbul Respublika Baş Prokurorluğu tərəfindən istintaq başladıldığını və hadisəni işıqlandırmaq üçün bir baş prokuror müavini və iki dövlət prokurorunun təyin edildiyini bildirib.

Tunç, "Hücumu həyata keçirən şübhəlilərin müəyyən edilərək tutulması üçün səylər davam edir. İstintaq çoxşaxəli və vasvasılıqla aparılır" deyib.

İstanbuldakı hücumla bağlı Roma Papası Fransisk də açıqlama verib. Bu gün Vatikanda Müqəddəs Pyotr meydanında təşkil edilən günorta saatlarında çıxış edən Papa Fransisk hücum qurbanları ilə həmrəy olduğunu vurğulayıb. Papa, "Bazar günü ayini zamanı bir nəfərin öldüyü, çoxlu sayda insanın yaralandığı hücumun baş verdiyi İstanbuldakı Santa Mariya kilsəsinin camaatına çox yaxınam" deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR