İnsanlara hürriyət, millətlərə istiqlal!

İşsizləri SEVİNDİRƏCƏK XƏBƏR- Dövlət maaş... - AÇIQLAMA

1084 06.06.2024 11:02 Gündəm A A

"Məşğulluq haqqında qanuna yeni dəyişikliklər edilir. Belə ki, yeni dəyişikliyə əsasən, təxminən 15 min vətəndaşımızın işlə təmin olunacağı gözlənilir".

Bu sözləri BAKU.WS-ə açıqlamsında millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, dəyişiklərdə həm kvotadan əlavə iş yerlərinin dövlət tərəfindən subsidiya edilməsi, yeni maliyyələşdirilməsi nəzərdə tutulub.

"Belə ki, maksimum 15 nəfər olmaqla kvotadan əlavə iş yeri özəl sahibkar tərəfindən yaradılarsa, dövlət həmin 15 nəfərin əmək haqqını ödəyəcək. Bu da təbii ki, praktik olaraq yeni iş yerlərin yaradılmasına xidmət edəcək.

Eyni zamanda, peşə təhsili alanlar üçün minimum əmək haqqının 50 faizi həcmində aylıq təqaüd veriləcək. Məqsəd həm peşə hazırlığına cəlb olunması, həm də onların təqaüdlə təmin olunmasıdır.

Praktiki olaraq qanunvericiliyə edilən dəyişiklər bir tərəfdən dövlət özəl münasibətlərini inkişaf etdirilməsinə, özəl sektorda çalışan vətəndaşlarımızın bir hissəsinin əmək haqqının dövlət tərəfindən ödənilməsinə imkan verəcək. Yəni əgər özəl sektor iş yeri yaradırsa və o kvotaya əməl edərək kvotadan əlavə iş yeri yaradırsa ona şamil ediləcək. Qeyd etmək istərdi ki, kvota iş axtaran və iş tapmaqda çətinliyi olan vətəndaşlarımız üçün nəzərdə tutulub. Bura əlillik dərəcəsi olanlar və digər həssas qrup vətəndaşlarımız daxildir. Kvotadan kənar isə o zaman artıq sahibkar 15 nəfərə qədər işçi cəlb edə bilər və həmin işçinin əmək haqqı birbaşa dövlət tərəfindən ödəniləcək. Bu da imkan verəcək ki, sahibkarın özəl sektorda yaratdığı iş yerinə görə dövlətdən əmək haqqı almaq mümkün olsun".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR