İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərini bombardman edib

329 25.02.2024 01:33 Dünya A A

İsrail ordusu Livandakı “Hizbullah” hədəflərinə cavab zərbələri endirib.

Bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Gün ərzində İsrailin şimalındakı Ərəb əl-Aramşe, Hanita və Dov dağı əraziləri istiqamətinə bir neçə raket və mərmi atışı qeydə alınıb. Son bir neçə saat ərzində SAXAL Livanın Rab əl-Talatin, Ayta əl-Şab və Blida bölgələrində “Hizbullah”ın hərbi obyektlərinə zərbələr endirib”, - deyə məlumatda bildirilir.

İsrail hərbçiləri həmçinin Livanın cənubundakı Blida bölgəsindəki “Hizbullah”ın hərbi obyektini bombardman edib.\\“Report” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR