İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail İranın nüvə obyektlərini VURACAQ - Gizli təlimlər KEÇİRİLİR

723 10.04.2024 14:57 Dünya A A

Tehran SEPAH zabitlərinin qisasını almaq qərarına gələrsə, İsrail İran hədəflərini vuracaq.

Musavat.com xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Qeyd olunub ki, İsrail İranın istənilən mümkün hücumuna İranın nüvə obyektlərinə zərbə ilə cavab verəcək.

Aprelin 8-də Səudiyyə Ərəbistanının “Elaph News” nəşri də Qərb təhlükəsizlik xidmətinin nümayəndəsinə istinadən yazıb ki, Tehranın qisas alacağı təqdirdə, İsrail İran daxilindəki hədəfləri, o cümlədən nüvə obyektlərini vura bilər. Nəşr yazır ki, son günlər İsrail öz hava qüvvələri ilə, xüsusən də müxtəlif növ qırıcılar və uzaq mənzilli pilotsuz təyyarələrlə gizli təlimlər keçirir.

Məlumata görə, İranda elektrik stansiyaları, uran mədənləri və tədqiqat reaktorları da daxil olmaqla bir neçə nüvə obyekti var.  “The Sun” qeyd edir ki, onlardan birinə məqsədyönlü hücum Yaxın Şərqdə münaqişənin görünməmiş gərginləşməsi anlamına gələ bilər.

 Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR