İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Fələstinlə bağlı 4 Avropa ölkəsinə XƏBƏRDARLIQ ETDİ

1202 25.03.2024 17:18 Dünya A A

İsrail Fələstini dövlət kimi tanımağa hazırlaşan dörd Avropa ölkəsinə - İspaniya, İrlandiya, Malta və Sloveniyaya xəbərdarlıq edib.

İsrail Fələstin dövlətinin tanınmasının münaqişənin danışıqlar yolu ilə həlli imkanlarını azaldacağını açıqlayıb.

“Fələstin dövlətinin tanınması istiqamətində çalışmaq planı qonşular arasındakı münaqişənin danışıqlar yolu ilə həlli şansını azaldacaq və bu, bir “terrorçuluq mükafatı” təşkil edir”, - İsrailin xəbərdarlığında qeyd olunub.

Xatırladaq ki, İspaniya cümə günü Yaxın Şərqdə sülh naminə İrlandiya, Malta və Sloveniya ilə İordan çayının qərb sahilində və Qəzza zolağında fələstinlilərin elan etdiyi dövlətin tanınması istiqamətində ilk addımları atmaqla bağlı razılaşdıqlarını açıqlayıb.

İsrailin xarici işlər naziri İsrael Katz məsələyə münasibət bildirərək qeyd edib ki, münaqişənin həlli yalnız tərəflər arasında birbaşa danışıqlar yolu ilə mümkün olacaq:

“Fələstin dövlətinin tanınması ilə bağlı hər hansı bir addım həll yolunu uzaqlaşdırır və regional qeyri-sabitliyi artırır”. (Report)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR