İnsanlara hürriyət, millətlərə istiqlal!

İspaniyanın Rusiyadakı səfirliyi təxribat xarakterli tvitini sildi - FOTO

810 15.08.2023 01:33 Son xəbər A A

Azərbaycan Xarici İşlər Nazirliyinin etirazından sonra İspaniyanın Rusiyadakı səfirliyi Azərbaycandakı separatizmi dəstəkləyən təxribat xarakterli tvitini silib. 

Musavat.com xəbər verir ki, İspaniyanın Rusiyadakı səfirliyi Qarabağdakı erməni separatçılarına yardım göstərildiyini açıqlamışdı.  Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə "X" sosial şəbəkəsində İspaniyanın qanunsuz erməni separatçı rejimi təbliğ etməsinin qəbuledilməz olduğunu qeyd etmişdi. 

Ayxan Hacızadə qeyd etmişdi ki, öz ərazisində separatizmlə mübarizə aparan bir ölkənin başqa ölkələrdə separatizmi dəstəklədiyini görmək qəribədir: "İspaniyanın qanunsuz erməni separatçı rejimini təbliğ etməsi qəbuledilməzdir. Biz bu qeyri-konstruktiv yanaşmanı qətiyyətlə pisləyirik". 

Bundan sonra isə İspaniyanın Rusiyadakı səfirliyi yazdığı tviti silib. 

 

Musavat.com

Screenshot_1.png (148 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR