İnsanlara hürriyət, millətlərə istiqlal!

“İspaniyada ev almış məmurlar, mülkünüzü qaçqınlar zəbt edib” - Azərbaycandan kimlərin evi təhlükədədir?

Avropada əmlak sahibi olan əcnəbi vətəndaşlar indi koronavirusdan da ciddi problemlə üzləşiblər. Belə ki, koronavirusun yaratdığı böhran Qoca qitədə hər ötən gün daha da güclənməkdədir, təkcə miqratlar deyil, yerli əhali arasında da işsizlik təhlükəli həddə artıb.

Musavat.com Rusiyanın newsru.com saytına istinadən xəbər verir ki, bu səbəbdən  xaricdə mülkü, evi, villası olan rusların təxminən 75 faizi ciddi problemlə üzləşə bilər. Sayt diqqəti koronavirusun ciddi bəlalar gətirdiyi İspaniya üzərində cəmləşdirib. Bildirilir ki, bu ölkədəki işsizlər, miqrantlar və sadəcə, “hər şey yerli əhali üçün” ideyası uğrunda mübarizə aparanlar boş evləri, o cümlədən əcnəbi  vətəndaşların aldıqları iqamətgahlarda   məskunlaşmağa başlayıblar. Problem ondadır ki, qanunsuz zəbt edilən evlərdə məskunlaşanları polis gücünə deyil, ancaq məhkəmə qərarı ilə çıxarmaq mümkündür. İspaniya vətəndaşı olmayan əcnəbilər üçün isə bu çox uzun, mürəkkəb, əziyyətli və bahalı bir işdir. “Çağırılmamış qonaqları” çıxarmaq üçün ev sahibi özü polisə müraciət etməlidir. Artıq yerli siyasətçilər İspaniya hakimiyyətindən başqasının əmlakının mənimsənilməsi, zəbt edilməsi haqda qanunun qəbul edilməsinə çağırış ediblər.

İspaniyanın Aralıq dənizi sahillərində bir neçə daşınmaz əmlak sahibi olan Nataliya adlı rusiyalı isə qazeta.ru-ya deyib ki, son aylarda mənzillərin qanunsuz zəbti adi hala çevrilib. “Onlar sahibsiz evlərə çox vaxt bütün ailələri ilə birgə köçürlər. Mənzil “işğalçıları” əsasən, Afrika ölkələrindən, MDB-dən, Şərqi Avropadan, ABŞ-dan, Braziliyadan və Mərakeşdən olanlardır. Hətta aralarında qaraçılar da var” deyə, o bildirib.

Qeyd edək ki, iyul ayında İspaniya hökuməti maddi krizisi qismən yumşaltmaq üçün 23-65 yaş arasındakı yoxsul və işsiz vətəndaşlarına, həmçinin ölkədə yaşayan əcnəbilərə birbaşa maddi ödəniş edəcək.  

Bu barədə “Deutsche Welle” (DW) məlumat yayıb. Ödənişin məbləği bir adam üçün aylıq 462 avro (883 manat) olacaq, ailənin hər bir üzvünə görə isə əlavə 139 avro (265 manat) ödəniləcək.

novruz.jpg (179 KB)

Heç kimə sirr deyil ki, İspaniya kurortları ilə də məşhurdur. Bu səbəbdən İspaniyada evi olan xaricilər olduqca çoxdur. O cümlədən, Azərbaycanda da İspaniyada evi olanlar var. Ötən ilin dekabrında rusiyalı jurnalistlər İspaniya Krallığının Alteya şəhərində Azərbaycanın keçmiş baş naziri Novruz Məmmədova məxsus əmlak haqda yazdıqlarını xatırlayaq. "Novaya qazeta" nəşrin yazdığına görə, Novruz Məmmədov İspaniyadakı elit kompleksdə Rusiya Patriarxlığının xarici əlaqələr şəbəsinin rəhbəri mitropolit İlarionla qonşudur. Qonşuların dediyinə görə, İlariona bahalı mənzili hədiyyə ediblər. Repetidor küçəsindəki mənzillərin ümumi sahəsi 235 kv.metrdən çoxdur və qiyməti (2011-ci ildə) 950.000 avro təşkil edir. Qeyd edək ki, mitropolit İlarionun Novruz Məmmədovdan başqa məşhur müğənni Tamara Qverdtsiteli, bakılı rejissor və televiziya aparıcısı Yuli Qusman, prodüser Timur Vaynşteyn(“Bakılı oğlanlar”komandasının keşmiş üzvü) , ukraynalı iş adamı Yuri Aptekar və digərləri qonşuluğunda yaşayır.

eldar.jpg (159 KB)

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun da İspaniyada təkcə ailə biznesi yox, dəbdəbəli mülkləri var.  Araşdırmaçı jurnalistlər müəyyən ediblər ki, Anar Mahmudov ilk dəfə 2006-cı ilin mayında İspaniyada “Mjorca Capas Group İnvestment” adlı şirkət qurub. Sonrakı 9 il ərzində Mahmudovlar İspaniyanın Aralıq dənizindəki Mayorka kurort adasında onlarla daşınmaz əmlak  alıb. Bura torpaq sahələri, dəbdəbəli apartamentlər, ofis binaları, avtomobil park yerləri və anbarlar, mağazalar və otellər daxildir.

Eldar Mahmudovun oğlu Nardaranda saxlanıldı

Anar Mahmudov

Anar Mahmudov 2014-cü ilin sonlarında İspaniyadakı bütün sərvətini “Macent İnvest” adlı şirkətin çətiri altında cəmləyib.

Həmin ilin oktyabrındaca “Macent İnvest” şirkəti Palma-de-Mayorkada yaşayış blokunun birinci mərtəbəsində dörd mağaza alıb. Həmin mağazalar heç vaxt açılmayıb və hələ də bağlıdır.

İspaniyanın daşınmaz əmlak reyestri Eldar Mahmudovun oğlunun bu ölkədə aldığı daşınmaz əmlak obyektlərinin satış dəyərini açıqlamır, amma “Minding İnvest Group” şirkətinin sonuncu maliyyə hesabatına əsasən, aktivlərin dəyəri 33 milyon avrodan çox olub.

328099_src.jpg (41 KB)

Jurnalistlər onu da müəyyən ediblər ki, səhmlərinin 50 faizi Anar Mahmudovun “Macent İnvest Group” şirkətinə məxsus olan “Dolunay SL” adlı şirkət İspaniyanın Kalviya bələdiyyəsi ərazisində yerləşən, 17-ci əsrə aid olan və 127 hektar torpaq sahəsinə malik möhtəşəm fermanı 15 milyon avroya satışa çıxarıb.

Lakin Anar İspaniyanın Mayorka adasına böyük pullar yatıran yeganə Mahmudov deyil. Onun bacısı Nərgiz də adanın paytaxtı Palmada “Can Casasayas” və “Pension Menorquina” adlı iki modern  binaya sahibdir. Həmin binalar mədəniyyət və arxitektura abidəsi hesab olunur. Binalar Nərgiz Mahmudova tərəfindən 2013-cü ilin sentyabrında 4.1 milyon avroya alınıb. Mədəniyyət abidəsi olduğu üçün bu binaların satış icazəsinə dair sənəddə həmin məlumat açıqlanıb.

328100_src.jpg (90 KB)

Bəzi bilgilərə görə, bəzi nazirlərin, biznesmen deputatların  də İspaniyada mülkləri var.

Orxan ƏLİYEV,
Musavat.com

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2020

BÜTÜN XƏBƏRLƏR