İnsanlara hürriyət, millətlərə istiqlal!

İsmayıllıda ata-oğulla həmkəndlisi arasında dava olub, xəsarət alanlar var

526 12.04.2023 19:35 Kriminal A A

İsmayıllı rayonunda ata-oğulla həmkəndlisi arasında dava olub, xəsarət alanlar var.

"Report"un əldə etdiyi məlumata görə, hadisə Uştal kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1972-ci il təvəllüdlü Etibar Qurbanov və oğlu, 1994-cü il təvəllüdlü Hicran Qurbanovla həmkəndliləri - 1986-cı il təvəllüdlü Raqib Qasımov arasında torpaq üstündə mübahisə yaranıb. Daha sonra onlar dava edib və bir-birilərinə xəsarət yetiriblər.

Həmin şəxslər xəstəxanaya yerləşdiriliblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR