İnsanlara hürriyət, millətlərə istiqlal!

İslam İnqilabı Keşikçiləri Korpusu qisas əməliyyatı keçirdi

1682 18.02.2019 19:23 Dünya A A

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) “Ceyşül-ədl” qrupuna qarşı qisas əməliyyatının keçirildiyini açıqlayıb.

“Təsnim” agentliyi xəbər verir ki, İİKK-nin bəyanatında uğurlu əməliiyyat nəticəsində 3 terrorçunun həbs olunduğu, ümumən 750 kq partlayıcı maddənin ələ keçirildiyi bildirilir.

Bəyanatda Pakistan hökuməti və ordusu ilə tərəfdaşlıqla daha geniş əməliyyatın keçiriləcəyinə ümidvarlıq vurğulanıb.

Xatırladaq ki, İranın Sistan-Bəlucestan vilayətindəki Xaş-Zahedan yolunda intiharçı hücum nəticəsində 27 İİKK üzvü öldürülüb, 13 hərbiçi yaralanıb.

Pakistan ərazisində fəaliyyət göstərən “Ceyşül-ədl” qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR