İnsanlara hürriyət, millətlərə istiqlal!

"İslahatlar evalyusiya yolu ilə həyata keçirilir" - Rasim Quliyev

689 22.10.2019 18:33 Ölkə A A

"Resurs" Analitik İnformasiya Mərkəzinin sədri, siyasi ekspert Rasim Quliyev Prezident İlham Əliyevin cəmiyyətə və bütün xalqa ünvanladığı mesajlardan danışıb: "Baş nazirin müavini Hacıbala Abutalıbovu qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev cəmiyyətə və bütün xalqa bir çox mesajlar ünvanladı. Prezident İlham Əliyev ilk növbədə Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevə sədaqətini yüksək qiymətləndirməklə, dövləti xidmətlərinə görə Hacıbala Abutalıbova təşəkkür etdi və bu istefa mədəniyyətini örnək göstərdi. Eyni zamanda dövlətin bütün struktur və ayrı-ayrı sahələrdə aparılan ardıcıl islahatların mənəvi, tərbiyəvi anlamda cəmiyyətə, xalqa nümunəvi president olduğunu, bütün xidmətlərə görə təşəkkür mədəniyyətinin və minnətdarlıq hissinin yüksək əxlaqi dəyər olmaqla, yeniliyin, innovasiyanın islahatların da inkişafın əsas şərti kimi qaçılmazlığını nümayiş etdirdi. Prezident eyni zamanda ardıcıl sabit və düşünülmüş, perspektiv konseptual siyasət yürütdüyünü davamlı, planlı islahatların qaçılmaz olduğunu vurğuladı.

“Ancaq həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni cağrışlar qarşımızda durur. Yaşınız da artıq 75-i keçibdir və əlbəttə ki, daha gənc nəslə yol vermək lazımdır. Ona görə sizin ərizə ilə mənə müraciətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm”, deməklə Prezident islahatların qaçılmaz olduğunu və bütün sahələri əhatə etdiyini, eyni zamanda islahatların evalyusiya yolu, təkamül, yüksək mədəniyyət çərçivəsində cəmiyyətin mənəvi-əxlaqi dəyərlərini qorumaq, inkişaf etdirmək yolu ilə həyata keçirildiyini bir daha sübut etdi".

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR