İnsanlara hürriyət, millətlərə istiqlal!

İsgəndər Həmidov Sulutəpə qəbiristanlığında torpağa tapşırıldı - FOTOLAR,VİDEO (YENİLƏNİB)

24730 26.02.2020 12:33 Son xəbər A A

İsgəndər Həmidovun dəfn mərasimi başa çatdı.

Mərasimin sonunda çıxış edən MSDM rəhbəri İsa Qəmbər: "Bu gün çox ağır gündür. Onun titullarını saymaqla bitməz. Qarabağ yolunda hər zaman fədəkarlıq edən, sevilən bir insan idi. Dost yolunda hər şeydən keçirdi. 10 il həbsdə yatdı və dedi ki, Azərbaycan bayrağı olan zindanda belə yatmaq mənim üçün şərəfdir. Onu da deyirdi ki, ömrümün 10 ilini çıxın, çünki həbsxanada keçib. Hamımız gedəcəyik. Bizə qalan onun ruhunu şad etməkdir. Tanrı onun ruhunu şad etsin. Yaxınlarına səbir diləyirəm".

Sonda Azərbaycan himni oxundu. Sabiq nazir alqışlarla, "Şəhidlər ölməz, vətən bölünməz" şüarı ilə son mənzilə yola salındı.

***

İsgəndər Həmidov Sulutəpə qəbiristanlığında torpağı tapşırılır. O, həyat yoldaşı Ibrahimova Rənanın məzarı yanında dəfn olunur. Dəfn mərasimində yüzlərlə insan iştirak edir.

***

İsgəndər Həmidov ilə vida mərasimi davam edir.

Vida mərasimində çıxış edən AXP lideri Pənah Hüseyn İsgəndər Həmidov haqqında bunları deyib: "Isgəndər qəhrəmanlıq göstərmiş əsgərlərimizdən biridir. O daim yaddaşlarda cənab general kimi qalacaq. Bizim nəslin yarpaq tökümü başlayıb. İnanıram ki, gənc nəsil bunu həyata keçirəcək. Allah rəhmət eləsin".

Daha sonra Müsavat başqanı Arif Hacılı danışıb: "İsgəndər bəylə torpaqlarımızın azad edilməsi uğrunda birgə mübarizəmiz olub. O yüksək vəzifədə təmsil olunmasına baxmayaraq, istiqlal mübarizəsinə qoşuldu. İstiqlal vəkili oldu. O heç zaman əqidəsindən dönmədi. Daim mübarizənin önündə oldu. Onun arzuları həyata keçmədi, amma yaxın zamanlarda bunun həyata keçəcəyinə inanırıq. Allah ona rəhmət eləsin. Yaxınlarına başsağlığı veririrəm".

AXCP sədri Əli Kərimli də mərasimdə İsgəndər Həmidov haqqında fikirlər səsləndirib: "Allah İsgəndər bəyə rəhmət eləsin. O hər zaman proseslərin önündə olub. Təəssüflər olsun ki, amansız xəstəlik onu çox pis yaxaladı. Hər zaman belə insanlar həyatdan gedəndə bizlərin məsuliyyəti artır. İmkan verməməliyik ki, Xocalı caniləri cəzasız qalsın".


Azərbaycan Milliyyətçi Demokrat Partiyasının sədri Qələndər Muxtarlı da çıxış edərək İsgəndər Həmidov haqqında danışıb: "Biz onun əsgərləri idik. Biz onun silahdaşları olaraq, sona qədər mübarizəmiz davam edəcək".

Qeyd edək ki, İsgəndər Həmidov Sulutəpədə xanımı dəfn olunan yerdə torpağa veriləcək.

*** 11:06

Fevral ayının 26-da vəfat edən Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidovun nəşi bu dəqiqələrdə Bakıdakı "Göy Məscid"ə gətirilib.

Bu haqda musavat.com-un hadisə yerində olan müxbiri məlumat verir. Əməkdaşımızın bildirdiyinə görə məscidin qarşısına xeyli insan toplaşıb. İsgəndər Həmidovla vida mərasimində AXP lideri Pənah Hüseyn, AXCP sədri Əli Kərimli, Müsavat başqanı Arif Hacılı və digər tanınmış simalar da iştirak edirlər.

Ailə üzvlərinin bildirdiyinə sabiq nazir Sulutəpə qəbristanlığında dəfn ediləcək. Bu haqda İ.Həmidovun qardaşı oğlu Şəhriyar Məcidzadə özünün facebook hesabında yazıb. 

Musavat.com Şəhriyar Məcidzadənin həmin statusunu təqdim edir: "Onu da itirdik..

Saat təxminən 11-də göy məsciddə olacağıq. Sulutəpədə xanımı dəfn olunan yerdə torpağa veriləcək. Mərasim Patamdarda bəyoğlunun yanında olan mərasim zalında olacaq".

Cavanşir Abbaslı
Musavat.com

***











 
***
 















 
***
 






 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR