İnsanlara hürriyət, millətlərə istiqlal!

İŞDƏN ÇIXARILAN MƏMUR BAŞ PROKURORA FAKT VERDİ

4376 21.04.2011 09:28 Ölkə A A
“2010-cu ildə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun əmrlərinə əsasən departamentdə yoxlama aparılıb. Sonra bu qurumda nazir tərəfindən struktur dəyişiklik edilib. Amma işlərində töhmət alanların və iş fəaliyyətləri zamanı yol verdikləri qanunsuzluqlara görə işdən azad olunanların hamısı yenidən işlə təmin edilib. Hətta təqaüdçülər belə işə götürülüblər. Amma nədənsə bu əmrlərin heç biri mənə şamil olunmayıb. İşlədiyim müddətdə qanun pozuntusuna yol verməmişəm. Lakin departamentin direktoru Mürsəl Əliyev 2010-cu ilin oktyabr ayında müavinlərinin iştirakı ilə keçirdiyi iclasda nazirin adından işdən getməyim barədə mənə könüllü ərizə yazmağı təklif etdi. Aramızda mübahisə yarandı” - deyə B.Qayıbov bildirir.
Şikayətçinin sözlərinə görə, nazirlik onu departamentin direktoru Mürsəl Əliyevlə səhv saldığı üçün indiyədək ona dəymiş ziyana görə kompensasiya ödəməyib: “Mürsəl Əliyevin iddiası ilə heç bir əsas olmadan işdən qanunsuz azad olunmuşam. Çıxarılmağımla bağlı dəfələrlə nazirə müraciətim olub. Məsələnin araşdırılması üçün baş prokurora da şikayət etmişəm. Amma rəsmi qurumlara göndərdiyim fakt və dəlil-sübutlar nədənsə bu günədək araşdırılmamış qalır. Dəfələrlə nazirliyin  Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru Xalıqverdi Hüseynovun qəbuluna düşmək istəmişəm. Amma bu cəhdim də baş tutmayıb. Daha dəqiq desək, cəhdimin əbəs olduğunu deyərək məni hər dəfə başlarından ediblər. Bu isə bir vətəndaş kimi məndə inamsızlıq yaradıb. Haqlı olduğum halda tələblərim yerinə yetirilmir. İşə bərpa oluna bilmirəm. Neçə aydır işsiz qalmışam. Mürsəl Əliyev dövləti gözdən salmaqla məşğuldur. Bundan əlavə, Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentində dövlət büdcəsinə keçiriləsi maliyyə vəsaiti ayrı-ayrı şəxslər tərəfindən mənimsənilir”.
B.Qayıbov üzləşdiyi problemlə bağlı ölkə başçısına və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etdiyini də dedi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR