İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandan Moskvaya gözlənilməz sülh addımı: Paşinyan Putinə gizli vədini rəsmən açıqladı

805 03.06.2026 15:54 Dünya A A

Ermənistan ilə Rusiya arasında Avropa İttifaqı və iqtisadi qadağalar fonunda münasibətlərin pik həddə çatdığı bir vaxtda, Baş nazir Nikol Paşinyan rəsmi Moskva ilə gərginliyi tamamilə sıfırlayacaq sensasiyalı bir bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, Ermənistan hökumətinin rəhbəri Rusiya Prezidenti Vladimir Putinlə çox mühüm və qapalı telefon danışığı apardığını, həmçinin Kreml rəhbərinə xüsusi bir vəd verdiyini rəsmən elan edib.

Paşinyan seçkiqabağı təşviqat kampaniyası zamanı xalqa müraciət edərək iki ölkə rəhbəri arasında əldə olunmuş gizli sövdələşmənin detallarını bölüşüb: "Rusiya Prezidenti ilə apardığım son telefon danışığı zamanı biz çox mühüm bir məsələdə tam razılığa gəldik. Mən ona söz verdim və razılaşdıq ki, Ermənistanda keçiriləcək seçkilər başa çatdıqdan dərhal sonra mən Rusiya Federasiyasına rəsmi səfər edəcəyəm. Biz Vladimir Putinlə üz-üzə görüşəcəyik və ikitərəfli münasibətlərdə yaranmış bütün cari problemləri, o cümlədən ən kritik sualları birdəfəlik həll edəcəyik". 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR