İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda Şuşa müzakirəsi, Xankəndidə “döyüş hazırlığı” qərarı: bir “Bayraqdar” yetər

6321 17.02.2022 13:09 Yazarlar A A

Ermənistan rəhbərliyinin Türkiyə və Azərbaycanla bağlı barışığa yönəlik mesajlarının arxasında məkrli hiylənin dayandığını yazmışdıq. Çox keçmədi ki, erməni məkrinin “buynuzu” müxtəlif istiqamətlərdə üzə çıxdı. Tovuz və Kəlbəcər rayonlarının növbəti dəfə atəşə tutulmasının ardınca xəbər yayıldı ki, fevralın 22-də Ermənistan parlamenti Şuşa Bəyannaməsini müzakirə üçün toplaşacaq.

Daşnak ruhlu erməni parlamenti yenə də Türkiyə və Azərbaycana qarşı qəzəb püskürəcək. Təsəvvür edin, Ermənistanın Türkiyəyə uçan hər iki vətəndaşından biri geri qayıtmamağa üstünlük verir, amma yenə də Türkə qarşı kin-kidurət qusurlar, kifli iddialarından əl çəkmirlər, digər tərəfdən də parlamentlərinin müzakirəsinə Azərbaycan və Türkiyə arasında Şuşada imzalanmış müqaviləni çıxarırlar. Özlərinə sual vermirlər ki, biz Ermənistanı rəsmi müqavilə ilə 49 illik Rusiyanın ixtiyarına verəndə hansısa ölkənin parlamenti bu müqavilə ilə bağlı xüsusi iclas çağırdımı, indi biz təşvişə düşmüşük?

2022-ci ilin “Şuşa İli” elan olunması milli mədəniyyətimizin inkişafına  misilsiz töhfələr verəcək - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

Məqsəd bəllidir, ermənilər Şuşa zərbəsini unuda bilmirlər, hətta yenidən bu şəhəri qəsb edəcəkləri haqda sayıqlamaqdadırlar. Hesab edirlər ki, Şuşa Bəyannaməsinin Türkiyə və Azərbaycan parlamentində təsdiqindən, iki qardaş liderin bu qanunu imzalamasından sonra beynəlxalq saziş statusu qazanan anlaşma Ermənistana və “artsax”a təhdiddir. Həyasızlıq davam edir! Bakı və Ankara bütün olanlara rəğmən, Ermənistanın da yer alacağı 3+3 əməkdaşlıq formatını təklif edib, Azərbaycan Qarabağda ermənilərin təhlükəsiz yaşaması üçün hər cür imkanların yaradılacağını dəfələrlə bəyanlayıb, amma İrəvandakı “katalizatorlar” yenə də aranı qarışdırmaq üçün ssenarilər cızırlar.

Məncə, Azərbaycan və Türkiyənin daxili işlərinə burun soxduğuna görə Ermənistan hakimiyyətinə sərt xəbərdarlıq edilməli, Şuşa Bəyannaməsinin müzakirəsinin gündəlikdən çıxarılması tələbi qoyulmalıdır! Ermənistan parlamenti gerbinin və konstitusiyasının dəyişdirilməsi məsələsini müzakirəyə çıxarmalıdır, ümumxalq referendumu barədə qərar verməlidir, əgər gerçəkdən Türkiyə və Azərbaycanla barışmaq istəyirsə! Amma əsas qanununda iki qonşusuna qarşı ərazi iddiaları əksini tapan ölkə “başı girməyən yerə bədənini soxmağa” cəhd göstərirsə, deməli, “Dəmir Yumruq”a növbəti dəfə ehtiyac var. Şuşa Bəyannaməsi “Bir millət, iki dövlət”in xarici müdaxilə, terrora və sair təhdidlərə qarşı birgə mübarizəni nəzərdə tutur. Ermənistanın davranışları və parlamentin xüsusi iclasının çağırılması o deməkdir ki, bu ölkə özünü toparlayıb, yenidən Azərbaycan ərazilərini işğal etmək niyyətindədir. Əks təqdirdə niyə narahat olurdu ki?

Sərhədlər açılır, səfirliklər isə… - Bakı və Ankaradan İrəvana sonuncu  “xilas kəməri” | KONKRET

Bu mənada Bakı və Ankaradan sərt xəbərdarlıq dərhal edilməlidir: “Nikol, Şuşa Bəyannaməsinin “Ş”sını belə, dilinə gətirmə, yoxsa..!” Paralel qaydada Azərbaycan Milli Məclisi indi Ermənistan adlanan dövlətin əraziləri, tarixi Azərbaycan torpaqları - İrəvan, Zəngəzur, Göyçə...ilə bağlı xüsusi iclas keçirməli, ərazilərimizin geri qaytarılması, yaxud Ana Vətənə birləşdirilməsi ilə bağlı qərar verməlidir. Unutmayaq, Ermənistan Ali Sovetinin “Dağlıq Qarabağ”ın Ermənistana birləşdirilməsi barədə 90-cı illərdə qəbul etdiyi “qərar” ləğv edilməyib. Çox da ki, Nikol Paşinyan 90-cı illərdə Azərbaycan və Ermənistanın qarşılıqlı şəkildə bir-birinin “ərazi bütövlüyünü tanıdığı”nı iddia edir. Ərazi bütövlüyünü tanıyan alçaq qonşusunun torpağını 30 il işğalda saxlamaz, 25 min vətəndaşını qətlə yetirməz, şəhər və kəndlərini yer üzündən silməzdi! Bu günədək 4 min vətəndaşımızdan xəbər yoxdur, “barışıq tərəfdarı” olan erməni hökuməti 200 itkinə görə üz-gözünü cırır. Hətta bu günlərdə məlum oldu ki, Azərbaycana qaytardıqları ayrı-ayrı meyit qalıqlarını bir yerə toplayıb, veriblər. Əclaflığa baxın, meyitlərdən də qisas alırlar, qalıqları belə ayrı təqdim eləmirlər ki, araşdırılsın, şəxsiyyəti müəyyən edilsin, on illərdir gözü yolda olan yaxınlar üçün azacıq təskinlik olsun. Belələri ilə barışıq çox çətin olacaq. Təsəvvür edin, Vyanada Türkiyə-Ermənistan danışıqları (24 fevral) planlaşdırılır, iki gün əvvəl isə Türkə nifrət püskürəcəklər...

Araiki Xankəndidən rədd etmək planı

Azərbaycanın Baş Prokurorluğu Qarabağ ermənilərinin baş terrorçusu Arayik Arutyunyanın tezliklə cəzalandırılacağını açıqlayandan sonra qarşı tərəfin həyasızlığı daha geniş miqyas alıb. İndi də “prezident seçkisi” keçirmək istəyirlər. Təkcə bu da deyil.

16 fevraldan may ayınadək Qarabağdakı erməni qanunsuz birləşmələrin “hərbi təlimləri”nı start verilir. Qondarma qurumun “təhlükəsizlik şurasının katibi” Vitaliy Balasanyan “döyüş hazırlığı”nın anonsunu edib. Diqqət edin, İrəvanda Şuşa Bəyannaməsi ilə bağlı iclas çağırılır, Xankəndidə isə hərbi təlimlərin planı cızılır. Rusiya sülhməramlılarının arxasında gizlənmiş quldurlar 10 noyabr 2020-ci il tarixində dərhal cəhənnəm olmaq əvəzinə, hələ də torpaqlarımızda silah gəzdirirlər, atəş açırlar, səngər qazırlar...Kiminlə döyüşər hazırlaşırlar?

1587110194_0001.jpg (153 KB)

Təbii ki, sülhməramlılarla yox, Azərbaycanla. Deməli, belələrinin kökü dərhal kəsilməlidir! Bu mənada Əsgəran tərəfdə səngər qazan erməni texnikasının sıradan çıxarılması tam doğru addımdır. Eyni zamanda erməni separatçının ölümcül güllə yarası almasından sonra yayılan xəbərə də məncə, düzəliş edilsə, gözəl olardı. Niyə Müdafiə Nazirliyi bu kimi hadisələrdə “bizlik deyil” yanaşmasından çıxış edir ki? Hətta bu hadisə erməni silahlılarının daxilində baş versə belə, rəsmi məlumatda terrorçu dəstələrə xəbərdarlıq əksini tapmalı, əlində silah gəzdirən – nəinki atəş açan – şəxslərin qeyd-şərtsiz, dərhal məhv ediləcəyi haqda xəbərdarlıq edilməlidir! Bakının mərkəzində silah gəzdirən şəxs zərərsizləşdirilirsə, deməli, Qarabağda əsgərimizə avtomad tuşlayan da sözsüz aradan götürülməlidir! Xramortda səngər qazan texnikanın təkəri sıradan çıxarılmalı deyil, heyətqarışıq havaya uçurulmalıdır. Kəsəsi, bircə “Bayraqdar” yetər ki, Xankəndidə də, İrəvanda da özlərini yığışdırsınlar...

Elşad Paşasoy,
Musavat.com

elsad.jpg (58 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR