İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda polis Paşinyanın əleyhdarlarına zorakılıq tətbiq etdi: Saxlanılanlar var

600 28.11.2023 00:08 Son xəbər A A

Ermənistan polisi paytaxt İrəvanın mərkəzi küçələrində aksiya keçirən “Zanq” hərəkatının üzvlərini səkidə maarifləndirmə yürüşü keçirmədiklərini əsas gətirərək saxlayıb, həm kişilərə, həm də qadınlara qarşı zorakılıq tətbiq edilib.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Hərəkat iştirakçıları artıq üçüncü gündür, baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiya keçirir, “Respublika” meydanında çadır qurmağa çalışırlar.

Qeyd edilir ki, ötən günlərdə təşkil olunan aksiyalar zamanı polis Saryan küçəsində yürüş keçirən 6 etirazçını saxlayıb. Polis etirazçıların “Respublika” meydanında yerləşdirməyə çalışdıqları çadırı da müsadirə edib.

“Szan” Vətəndaş Təşəbbüsü bəyanat yayaraq, polis əməkdaşlarının kobudluqla və güc tətbiq etdiyini, “Zanq” hərəkatı üzlərinin əllərindən səsucaldanları aldıqlarını pisləyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR