İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda İNSİDENT: Milli Təhlükəsizlik Xidmətinin əməkdaşı Baqratın otağında... - ŞOK

6476 26.05.2024 09:40 Region A A

Xəbər verdiyimiz kimi, arxiyepiskop Baqrat Qalstanyanın İrəvanda yerləşən Ani Grand Hoteldəkı otağında insident baş verib.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Otaqda olarkən arxiyepiskop və tərəfdarları birinci mərtəbədən kiminsə yepiskopun otağındakı bu dəlikdən dinləmə cihazı quraşdırmaq üçün otağın döşəməsində deşik açdığını eşidiblər.

Bu barədə “Vətən naminə Tavuş” partiyasının Facebook səhifəsində yeni məlumat paylaşılıb.

Qeyd edilir ki, arxiyepiskopun tərəfdarları bu barədə təcili olaraq hotel rəhbərliyinə məlumat verib və nə baş verdiyini anlamaq üçün aşağı eniblər. Bildirilir ki, aşağı mərtəbədəki otaqda olan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşı uzun müddət qapını açmayıb. Arxiyepiskop tərəfdarları kimin dinləmə qurğusu quraşdırmağa çalışdığını öyrənmək üçün bu otağın yaxınlığında müşahidə aparıblar.

Bir az sonra ora çoxlu polis və MTX əməkdaşları gəlib, onların arasında Kentron polis idarəsinin rəisi vəzifəsini icra edən şəxs də olub. Onlar qadını adı çəkilən otaqdan çıxararaq, cəld şəkildə hoteli tərk ediblər.

“Deyə bilərik ki, Milli Təhlükəsizlik Xidmətinin və hüquq-mühafizə sisteminin bu qeyri-peşəkar işi artıq ölkəmiz üçün xeyli problemlər yaradıb. Biz bir daha hüquq-mühafizə orqanlarının əməkdaşlarını və Milli Təhlükəsizlik Xidmətini öz funksiyaları çərçivəsində qalmağa və Nikol Paşinyanın küt alətinə çevrilməməyə çağırırıq”, - hərəkatın bəyanatında deyilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR