İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan ÇALXALANIR: onlarla bağlı qərar verilir

1569 14.06.2023 15:55 Region A A

Ermənistanın baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 9-da kapitulyasiya aktını imzalamasından sonra İrəvanda baş verən iğtişaşlarla bağlı qərar verilir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti məlumat yayıb.

“Ermənistanın Milli Təhlükəsizlik Xidmətində həmin gecə ilə bağlı çoxlu cinayət işləri var, ibtidai istintaq orqanı yaxın vaxtlarda onlar üzrə qərar qəbul edəcək. Bizə çatan məlumatlara görə, bir çox icraatlara xitam veriləcək, çünki 3 ildən sonra ibtidai istintaq orqanı işi məhkəməyə göndərmək üçün təqsirləndirilən şəxslərlə bağlı əsaslandırılmış sübut tapmayıb”, - deyə qəzet yazıb.

Xatırladaq ki, 2020-ci il noyabrın 9-na keçən gecə Qarabağ müharibəsində erməni tərəfinin məğlubiyyəti və üçtərəfli atəşkəs bəyanatının imzalanması xəbəri yayılanda İrəvanda, parlament və hökumət binalarında kütləvi iğtişaşlar baş verib. Hökumət üzvləri və idarələri hücuma məruz qalıb. Bu iş çərçivəsində bəzi vətəndaşlara azadlıqdan məhrumetmə cəzası verilib, bir çox şəxslərlə bağlı istintaq hələ də davam edir. Onların əksəriyyəti üçün ibtidai istintaq orqanı işi dayandıracaq, çünki sübutlar kifayət qədər zəifdir. Bir qrup tərəfindən döyülmə hadisəsi baş versə də, lakin bunun kimin tərəfindən həyata keçirildiyini dəqiq öyrənmək mümkün olmayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR