İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan Çahabar limanını Mərkəzi Asiya ilə rahat əlaqə vasitəsi kimi görür

668 05.06.2024 02:34 Dünya A A

Ermənistanın “Dünyanın kəsişməsi” layihəsi çərçivəsində Hindistan və Körfəz ölkələrinə çıxışı çox mühüm istiqamətdir.

Musavat.com yerli mətbuata istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan Milli Assambleyada parlamentin daimi komissiyalarının birgə iclasında 2023-cü il dövlət büdcəsinin icrası haqqında hesabatın müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu, Ermənistanın ixrac bazarlarının şaxələndirilməsi prosesinə də aiddir. Nazir müavini qeyd edib ki, bu proses həm də Ermənistanla Mərkəzi Asiya arasında daha da rahat əlaqənin təmin edilməsi baxımından vacibdir: “Çabahar limanının inteqrasiyası layihəsinə gəlincə, hazırda bu məsələ praktiki mərhələyə qədəm qoyub. Xüsusən də Ermənistanın baş nazirinin qərarı ilə iqtisadiyyat nazirinin başçılığı ilə işçi qrup yaradılıb.

Nazir müavini qeyd edib ki, Xarici İşlər Nazirliyi siyasi baxımdan ölkənin bu layihədə iştirakına böyük önəm verir: “Çabaharda ayrıca gömrük postunun olub-olmayacağı və ya mövcud Hindistan postunun istifadə edilməsi ilə bağlı müzakirələr aparılır və müəyyən araşdırmalar gedir. Yekun qərarlar bir neçə ay ərzində veriləcək”.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR