İraqın ulduz futbolçusu Aymen Hüseyn milli komanda ilə birlikdə Çikaqonun Ohare hava limanında təxminən yeddi saat saxlanılıb.
Məlumat görə, "Hüseyn sonda ABŞ-a buraxılıb, lakin komandanın fotoqrafı Talal Salah 10 saatdan çox saxlanıldıqdan sonra onun ölkəyə girişinə icazə verilməyib", - məlumatda bildirilib.
Qeyd edək ki, 2026-cı il futbol üzrə dünya çempionatı ABŞ, Meksika və Kanadada keçiriləcək və iyunun 11-də başlayacaq./milli.az/






