İnsanlara hürriyət, millətlərə istiqlal!

"İranla münasibətlərdə heç bir geri addım ola bilməz" - Ermənistan XİN

366 04.06.2024 22:24 Dünya A A

Ermənistan-İran münasibətlərində heç bir geri addım görmürəm və ümumiyyətlə bunu təsəvvür belə etmirəm.  

Musavat.com erməni teleqram kanallarına istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib: “İndi, ya da başqa bir vaxtda Ermənistan və ya İranda hökumətlərin tərkibindən asılı olmayaraq heç bir geri addımın olacağını təsəvvür belə edə bilmirəm”, - o əlavə edib.

Nazir müavini əlavə edib ki, Ermənistan və İran bir sıra iri iqtisadi və infrastruktur layihələrini birgə həyata keçirir. “İran İslam Respublikası “Sülhün kəsişməsi” layihəsini ilk alqışlayanlardan biri olub və bu gün yer üzündə “Sülhün kəsişməsi” layihəsinin həyata keçirilməsində iştirak edir.

Söhbət İran şirkətləri tərəfindən tikilən Əkərək-Qacaran yolunun 32 km-lik hissəsindən gedir, Mehri keçid məntəqəsi də İran şirkəti tərəfindən modernləşdirilir. İran şirkətləri də Ermənistan Respublikası tərəfindən təsdiq edilən yolların tikintisi üzrə tenderlərdə fəal iştirak edirlər”, - deyə Kostanyan fikrini yekunlaşdırıb.

 

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR