İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın daxili işlər nazirindən Azərbaycana qarşı TƏHDİD

5520 11.06.2023 12:00 Region A A

 

İranın Daxili İşlər naziri Əhməd Vahidi Azərbaycan Respublikası sərhədində ölkəmizə qarşı təhdid və istehzalar səsləndirib.

Musavat.com teleqram kanallarına istinadən xəbər verir ki, Əhməd Vahidi prezident və nümayəndə heyəti üzvlərinin Təbrizə səfərinin ikinci günü (9 iyun) İran və Azərbaycan Respublikası sərhədində yerləşən “Xudafərin” və “Qızıl qalası” bəndlərinə baş çəkib. 

Bu səfər zamanı Əhməd Vahidi Bakıya üstüörtülü xəbərdarlıq edərək deyib: "Azərbaycan Respublikasının İran hökumətindən yaxşı dostu olmayacaq. İslam Respublikası ilə düşmənçilik edən hər kəs uduzmuş olar".

Qeyd edək ki,  Azərbaycan İrana qarşı heç zaman təhdid, qonşuluq prinsiplərinə zidd addım atılmayıb. İran isə bunun əksinə olaraq hər zaman Ermənistana açıq və gizli dəstəyini nümayiş etdirib. Bununla yanaşı, İranın ekspertləri, keçmiş səfirləri və bir sıra dövlət nümayəndələri tərəfindən son zamanlar Azərbaycana qarşı təhdid dolu fikirlər səsləndirilir. Dostluqdan danışan İran özü dost olmaq istəmir...

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR