İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın bu açıqlamasından sonra neftin QİYMƏTİ DƏYİŞDİ

908 20.07.2026 15:40 İqtisadiyyat A A

İranın ABŞ ilə davam edən gərginliklə bağlı vasitəçilərdən yeni təkliflər aldığını açıqlaması dünya neft bazarında qiymət artımını qismən zəiflədib.

Musavat.com xəbər verir ki, həftəsonu Yaxın Şərqdə baş verən hadisələrin fonunda bir bareli 91 dolları ötən Brent markalı neft diplomatik təmaslarla bağlı xəbərlərdən sonra yenidən ucuzlaşaraq 89 dollar səviyyəsinə enib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, son günlər diplomatik kanallar fəal işləyir və müxtəlif vasitəçilər tərəfindən Tehrana müəyyən təkliflər çatdırılıb. O, bu təkliflərin məzmunu barədə ətraflı məlumat verməyib.

Məlumata görə, İranın daxili işlər naziri İsgəndər Mömini də Pakistan rəhbərliyi ilə görüşlər keçirmək və İran Prezidenti Məsud Pezeşkianın xüsusi mesajını çatdırmaq məqsədilə İslamabada səfər edib. Səfər çərçivəsində Pakistanın Baş naziri və Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşlərin keçirilməsi planlaşdırılır.

Ekspertlər bildirirlər ki, son günlər neft qiymətlərində müşahidə olunan kəskin dəyişikliklərin əsas səbəbi ABŞ-İran gərginliyi və Hörmüz boğazında vəziyyətlə bağlı narahatlıqlardır. Dünya üzrə daşınan neftin təxminən beşdə biri bu strateji marşrutdan keçdiyi üçün bölgədəki hər hansı eskalasiya və ya diplomatik yumşalma enerji bazarlarına dərhal təsir göstərir.

Analitiklərin fikrincə, vasitəçilik təşəbbüslərinin davam etməsi bazarda nikbinliyi artırsa da, vəziyyət hələ də qeyri-müəyyən olaraq qalır. Bu səbəbdən yaxın günlərdə ABŞ və İran arasında baş verəcək hər hansı yeni siyasi və ya hərbi hadisə neft qiymətlərində yenidən kəskin dalğalanmaya səbəb ola bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR