ABŞ-ın təkrar hərbi hücumlarından sonra İran nümayəndələri ABŞ prezidenti Donald Trampa zəng vuraraq razılaşma istəyiblər.
Musavat.com CNN-ə istinadən xəbər verir ki, məlumatı Tramp Türkiyədə keçirilən NATO sammitindən qayıdarkən Air Force One təyyarəsində telekanalın jurnalistinə açıqlayıb: "Bir müddət əvvəl zəng etdilər, həqiqətən razılaşma istəyirlər. Sadəcə, razılaşmaya dəyərmi bilmirəm".
Ankarada olarkən Tramp İranla danışıqların davam etdirilməsinin mənasız olduğunu qeyd etmişdi.
Musavat.com






