İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda məşhur rejissor həbs edilib

376 15.08.2023 13:15 Son xəbər A A

İranda məşhur rejissor həbs edilib.

Musavat.com APA-ya istinadən bildirir ki, "Leylanın qardaşları" ("Leila's Brothers") filminin rejissoru Səid Rustayi 6 ay həbs cəzasına məhkum edilib.

Səid Rustayi "Leylanın qardaşları" filmini çəkdiyi və Kann Film Festivalında nümayiş etdirdiyi üçün rejim əleyhinə təbliğat aparmaq ittihamı ilə 6 ay həbs cəzasına məhkum edilib.

Məlumata görə, hökm Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində çıxarılıb.

Qeyd edək ki, Peyman Maadi, Təranə Əlidusti və Nəvid Məhəmmədzadənin də rol aldığı "Leylanın qardaşları" filminin rejissoru Səid Rustayi ötən il Kann Film Festivalında Beynəlxalq Tənqidçilər Federasiyasının (Fipresci) xüsusi mükafatını qazanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR